
1995-ci ildə iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi təklif olunub və həmin tarixdən bu gün qeyd olunur.
E L A N
Hörmətli gənclər!
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə Azərbaycan Respublikasının “Könüllü fəaliyyət haqqında” Qanununa müvafiq olaraq Binəqədi Rayon İcra Hakimiyyətində könüllü əsaslarla fəaliyyət göstərmək arzusunda olan 18-28 yaşlı gəncləri “Sən də Könül ver” layihəsinə dəvət edir.
Namizədlər üçün tələblər:
-
İntizamlılıq;
-
Xoşrəftarlılıq;
-
Ünsiyyətcillik;
-
Operativlik;
-
Kollektivdə işləmək bacarığı;
-
Təşkilatçılıq;
-
Təşəbbüskarlıq;
-
Kompüter bacarığı;
Könüllülük fəaliyyətinin müddəti: 2 ay
Könüllülük fəaliyyəti 2 növbədə təşkil olunur:
- 09:00-13:00 – birinci növbə
- 14:00-18:00 – ikinci növbə