Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Sənaye

2013-cü ilin yanvar-dekabr aylarında Binəqədi rayonunda 99 sənaye müəssisəsi fəaliyyət göstərmişdir. Bunlardan 32-si iri, 67-si isə kiçik müəssisələrdir. Hesabat dövrü ərzində rayonun sənaye müəssisələrində 189443,0 min manatlıq və ya ötən ilin müvafiq dövründən 7,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir və xidmətlər göstərilmişdir.
 
Dövlət müəssisələri tərəfindən 30354,5 min manatlıq və ya ümumi istehsalın 16 faizi qədər, qeyri-dövlət müəssisələri tərəfindən 159088,5 min manatlıq və ya ümumi istehsalın 84 faizi qədər sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2013-cü ilin yanvar ayına istehlakçılara 201753,9 min manatlıq və ya mal qalığı hesabına ümumi sənaye istehsalından 6,5 faiz çox sənaye məhsulu göndərilmişdir.
 
2014-cü ilin yanvar ayın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 6724,9 min manatlıq hazır məhsul ehtiyatı qeydə alınmışdır.
2013-cü ilin yanvar-dekabr aylarında sənaye müəssisələrində 5836 nəfər işləmişdir. Bu da keçən ilin müvafiq dövründən 2,6  faiz çoxdur.
2013-cü ilin yanvar-dekabr aylarında sənaye müəssisələrində orta aylıq əmək haqqı 513,7 manat olmuşdur.

 

Mədənçıxarma sənayesi

Mədənçıxarma sənayesi müəssisələrində mühüm növ məhsulların istehsalı aşağıdakı göstəricilərlə xarakterizə olunur

Məhsul növləri
2013-cü ilin yanvar-dekabr aylarında istehsal edilmişdir
əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
01.01.2014-cü il vəziyyətinə hazır məhsul ehtiyatı
Xam neft və təbii qaz hasilatı
Neft, min ton
130,6
98,6
3,6
Qeyri-dövlət sektoru
130,6
98,6
3,6
Qaz, milyon kub m.
4,4
80.0
-
Qeyri-dövlət sektoru
5.5
80.0
-
 
Emal sənayesi
 
Emal sənayesində istehsalın həcmi ötən ilin müvafiq dövrünün 99,8 faizini təşkil etmişdir.
 
Emal sənayesində istehsal olunmuş əsas məhsullar
 
Məhsul növləri
2013-cü ilin yanvar-dekabr aylarında istehsal edilmişdir
əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
01.01.2014-cü il vəziyyətinə hazır məhsul ehtiyatı
Qida məhsulları istehsalı
Dondurulmamış hazır tərəvəz yeməkləri, ton
79,4
118.9
-
Un,min ton
4.4
90,5
0.3
Buğda kəpəyi, min ton
2,2
115,8
0,9
Tort və şirniyyat məmulatları
248,4
69.1
-
Işki istehsalı
Konyak, min dkl
11,5
68,5
-
Sair alkoqollu içkilər, min dkl
118,6
93,4
-
Alkoqolsuz içkilər, min dkl
24144,6
105,6
674,3
Dəri və dəri məmulatları istehsalı
Üstü dəridən kişi ayaqqabıları, min cüt
237,7
80,1
15.1
Kimya sənayesi
Suda dispersiya edilmiş boya, ton
1216,4
124,1
28,1
Betonlara edilən əlavələr, ton
191,9
13,2
-
Metallurgiya sənayesi
Polad profil,ton
9034,3
115,5
-
Maşın və avadanlıqların istehsalı
Qarmaqlar, ədəd
116,0
193,0
 
Manifold MBU-ton
9,5
2,2 dəfə
18.8

 

Qida məhsullarının istehsalına nəzər salsaq un keçən ilin müvafiq dövründən dondurulmamış hazır tərəvəz yeməkləri 18,9 faiz atmış, tort və şirniyyat məmulatları keçən ilin müvafiq dövrünün 69,1  faizini, buğda kəpəyi 15,8 fazini təşkil etmişdir. Yanvar ayının 1-i vəziyyətinə qida məhsullarının istehsalı sahəsində anbarlarda hazır məhsulun ehtiyatı kimi 0.3 min ton un, 0.9 min ton buğda kəpəyi olmuşdur.
 
Içki istehsalı sahəsində alkoqolsuz içkilər keçən ilin müvafiq dövründən 5,6 faiz artmış, sair alkoqollu içkilər 93,4 faizini, konyak keçən ilin müvafiq dövrünün 68,5 faizini təşkil edmişdir. Yanvar ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı kimi 674,3 min dkl alkoqolsuz içki olmuşdur.
 
Dəri və dəri məmulatları istehsalı sahəsində üstü dəridən kişin ayaqqabılarının istehsalı keçən ilin müvafiq dövrünün 80,1 faizini təşkil etmişdir. Dövrün sonuna 237,7 min cüt ayaqqabı qalığı olmuşdur.
 
Kimya sənayesi sahəsində suda dispersiya edilmiş boyalar istehsalı 24,1 faiz artaraq 1216,4 ton, betonlara edilən əlavələr istehsal 13,2 faiz artaraq 191,9 ton olmuşdur.
 
Metallurgiya sənayesində polad profil istehsalı keçən ilin müvafiq dövrünün 115,5 faizini təşkil edərək 9034,3 min ton olmuşdur.
 
Maşın və avadanlıqlar istehsalı sahəsində 116 ədəd qarmaq istehsal edilmiş, manifold-MBU istehsalı 9,5 ton, hazır məhsul ehtiyatı isə 18,8 ton olmuşdur.

 

Tikinti
 
2013-cü ilin yanvar-dekabr aylarında rayonun sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 209946,9 min manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 63,2 faiz çoxdur.
 
Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 14182,5 min manat (11.0 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 114430,6 (89.0 faiz) sərmayə yönəltmişlər.
 
2013-ci ilin yanvar ayına 95746,5 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,0 faiz artmışdır.
2013-ci ilin yanvar ayınada tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 454367,0 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 59 faiz artmışdır.
 
Podratçı təşkilatların gördükləri işlər yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi 2013-cü ilin yanvar-dekabr aylarında 188254,2 min manat, əsaslı təmir 148474,4 min manat, cari təmir 44258,9 min manat təşkil etmişdir. Sair tikinti işləri 73379,5 min manat olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artmışdır.
 
Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 412696,0 min manat, dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 41671,0 min manat olmuşdur.

 

Nəqliyyat

2013-cü ilin yanvar-dekabr aylarına nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 29285,2 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 35% artmışdır.    
 
 
2013-cü ilin
Yanvar-dekabr aylarında
2012-ci ilin
Yanvar-dekabr aylarında
2012-ci ilin müvafiq dövrünə nisbətən
Nəqliyyat xidmətlərindən əldə olunan gəlir, faktiki qiymətlərlə, min manat
29285,2
21702,9
135,0
 
2013-cü ilin yanvar-dekabr aylarında, rayonun nəqliyyat müəssisələrində 5727 nəfər işçi çalışmış, onların orta aylıq əmək haqqı 359,0 manat təşkil etmişdir.
 
İaşə xidməti
 
2013-cü ilin yanvar-dekabr ayları ərzində əhaliyə 28999,2 min manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3,5 faiz çox iaşə xidmətləri göstərilmişdir. Iaşə dövriyyəsinin 47,8 faizi hüquqi şəxs statuslu müəssisələrin, 52,2 isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin iaşə fəaliyyəti nəticəsində formalaşmışdır.
Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 13873,2 min manatlıq və ya əvvəlki ilin dövrü ilə müqayisədə 64,0 faiz çox iaşə xidmətləri göstərilmişdir
 
Rayonun iri sənaye müəssisələri
 
Rayonun iqtisadiyyatının əsasını təşkil edən müəssisələr sırasına mədənçıxarma sənayesi ilə məşğul olan "Binəqədi Oil Company" Neft Şirkəti, emal sənayesi ilə məşğul olan "Poladtökmə" ASC, "Fab boya" MMC, "Bilfa boya" MMC, neft maşınqayırma sənayesinə daxil olan "Sərdarov adına zavod" MMC, "Dəzgahqayırma" ASC, yeyinti sənayesinə daxil olan "Coca-Cola" "Pepsi-Cola", "Lider Cola", "Aqua-Vita-Taj", "Mars Overseas Baku LTD", "Golden Water" MMC, "Zəngəzur", "Xırman", "Araz LTD" və s. müəssisələri göstərmək olar.
Rayonda həmçinin əmtəəlik beton istehsalı ilə məşğul olan çoxsaylı kiçik müəssisələr, mebel və müxtəlif ağac məmulatlarının istehsalı ilə məşğul olan kiçik müəssisələr, üzlük daş və mərmər istehsalı ilə məşğul olan sexlər və s. istehsal obyektləri fəaliyyət göstərir.
Aşağıda rayonda fəaliyyət göstərən sənaye müəssisələri haqqında məlumatlar təqdim olunur:
 
"Binəqədi Oil Company"
“Binəqədi Oyl Kompani” şirkətinin Azərbaycan Respublikasındakı filialı 29 sentyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azen Oil Kompani Bi.Vi.” şirkəti və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında imzalanmış Binəqədi blokunun işlənməsi və bərpası ilə bağlı Saziş üzrə “Azneft” İB və “Binəqədineft” NQÇİ-nin bazasında 01 sentyabr 2005-ci il tarixdə yaradılmışdır.
Kontrakt zonasına 8 yataq daxildir (Binəqədi, Qirməki, Sulutəpə, Şabandağ, Çaxnaqlar, Masazır, Fatmayı yatağının Sianşor və Məhəmmədəli sahələri).
Binəqədi rayonuna daxil olan neft yataqları şose və dəmir yolları ilə birləşərək Bakı şəhərindən 9 km şimal-şərqdə Abşeron yarımadasının mərkəzi hissəsində yerləşir. Şirkətin ümumi ərazisi 4400 ha təşkil edir. Bu ərazidə 3 mədən fəaliyyət göstərir. Yataqların işlənmə tarixi 100 ildən artıqdır.
Hesablanmış ehtiyatlar aşağıdakılardan ibarətdir:
• Balans neft ehtiyatları- 181 806,0 min ton, çıxarılan ehtiyatlar 62 110,0 min ton
• Balans qaz ehtiyatları- 6 993,1 mln m3, çıxarılan ehtiyatlar 4 797,3 mln m3
Yataqların məhsuldarlığı 80% təşkil edir.
01.01.2010-cu il tarixə olan vəziyyətə görə quyu fondu aşağıdakılardan ibarətdir:
• Şirkət üzrə neft istismar fondu- 1 099 quyu
• Suvurma I mstismar fondu- 144 quyu
 
 
"Pepsi-Cola Azərbaycan" MMM
Müəssisə "Pepsi-Cola" markası ilə limonad, qazlı və qazsız spirtsiz içkilər, mineral və süfrə suları, kvas və s. məhsullar istehsal edir.
Müəssisənin rəhbəri:
Ünvan: Azərbaycan, Bakı, AZ 1000
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Sumqayıt yolu 15
Tel: +99 (412) 497 7881
+99 (412) 497 7882
Fax: +99 (412) 497 4085
+99 (412) 497 7885
e-mail: office@pepsibaku.com
 
"Mars Overseas Baku LTD"         
  Zaqafqaziyada ən böyük istehsal gücünə malik olan müəssisə "Pepsi Cola İnternational Company"nin icazəsi ilə 1999-cu ildən etibarən fəaliyyət göstərir. İstehsalatda istifadə olunan avadanlıqlar İtaliyadan, Almaniyadan və digər xarici ölkələrdən gətirilmişdir. Şirkət fəaliyyətə başladığı ilk gündən indiyə qədər məhsullarını müasir texnologiya əsasında istehsal edir və istehsal zamanı bütün proseslərin (suyun təmizlənməsi, plastik qabların hazırlanması, qablaşdırılma) zavodun ərazisində beynəlxalq standartlara uyğun olaraq həyata keçirilməsi tam təmin olunur.
Ünvan: Bakı, Azərbaycan
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Sumqayıt yolu 15
Tel: +99 (412) 497 7883
Fax: +99 (412) 342 7496
 
"Golden Water" MMC
 
Müəssisə müasir texnologiya əsasında hazırlanmış "Lider Cola", "Lider Portağal", "Lider Düşes", "Lider Aqua" qazlı və qazsız sular, sərinləşdirici içkilərin istehsalı və satışı ilə məşğul olaraq istehlakçılara yüksək keyfiyyətli məhsullar təqdim edir.
İcraçı direktor: Azər Kərimov
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi
Tel: +99 (412) 442 7810
Fax:
Ətraflı məlumat üçün: www.goldenwater.az
 
"Bot" MMC
"Bot" MMC 1998-ci ildə Respublikamızın ən böyük fabriklərindən biri olan 4 №li Bakı ayaqqabı fabrikinin bazasında yaradılmışdır. Hazırda silahlı qüvvələr üçün mühafizə və xüsusi təyinatlı, neftçilər və digər sahələrdə çalışan fəhlələr üçün xüsusi ayaqqabılar və həmçinin uşaqlar və gənclər üçün gündəlik ayaqqabılar istehsal edən ən böyük fabriklərdəndir.
Müəssisədə 50-dən çox növdə ayaqqabı istehsal edilir. Məhsulun istehsalı Almaniya, İtaliya, Türkiyə, Rusiya və digər ölkələrdə istehsal olunan avtomatlaşdırılmış xətlərin və avadanlıqların vasitəsi ilə həyata keçirilir.
İstehsal gücü ildə 400 min cüt təşkil edir.
Direktor:
Ünvan: AZ 1054
Bakı şəhəri, Binəqədi şossesi 53
Tel: +99 (412) 412 3183
+99 (412) 412 3184
+99 (412) 412 4626
Fax: +99 (412) 412 3601
e-mail: bot@azerin.com
Ətraflı məlumat üçün: www.bot-az.com
 
"Aqua-Vita-Taj"
Müəssisə Azərbaycanda əhalini içməli su ilə təmin edən birinci kompaniyadır. Kompaniya 1997-ci ildə təşkil edilmişdir.
Müəssisənin əsas məqsədi istehlakçıları Qusar rayonu Xudat şəhəri ərazisində 400 metr dərinlikdən çıxarılan təmiz bulaq suyu ilə təmin etməkdən ibarətdir.
Direktor:
Ünvan: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi
Tel: +99 (412) 447 2991
+99 (412) 447 3588
Fax: +99 (412) 447 2990
e-mail: office@tae-aquavita.com
Ətraflı məlumat üçün: www.aquavita-az.com
 
"Xırman" şirkəti
Şirkət 1997-ci ildən Azərbaycan Respublikasının qida sənayesi sektorunda fəaliyyət göstərir. Burada gündəlik tələbat məhsullarına aid olan çörək, un və süd məhsulları istehsal olunur.
Un istehsalı: İstehsalat kompleksində əla növ birinci və ikinci növ unlar istehsal olunur. Burada qabaqcıl texnologiya hesabına və müxtəlif buğda növlərindən, bir birlərini tamamlama sxeminin tərtibi nəticəsində, yüksək keyfiyyətli un istehsal olunur.
Çörək istehsalı: Şirkətimiz çörək istehsalı sahəsində kifayyət qədər təcrübəyə malikdir. Burada uzun müddət təcrübədən keçmiş və şirkətimizə məxsus olan reseptura əsasında, hazırlanmış "Bakılı" çörəyi, Ukrayna və Rusiya texnologiyaları ilə çovdar unundan hazırlanmış "Ukrayna" və "Borodinski" çörəkləri də istehsal olunur.
Süd istehsalı: Azərbaycanın ən səfalı bölgələrindən gətirilmiş südü "Xırman" şirkətində xüsusi laboratoriya şəraitində müayinədən keçirdikdən sonra, yüksək texnoloji prosesdə pasterizə edilərək istehsala verilir. Süd emal zavodunda yeni məhsullara xüsusi yer verilmişdir. Belə ki, məhz burada, Azərbaycanda ilk dəfə qatılaşdırılmış süd və şokoladlı şirin kəsmik kimi məhsulların bir sıra çeşidləri istehsal olunur. Bundan əlavə əsl inək südündən heç bir qatqısı olmayan kərə yağları müxtəlif çeşidlərdə və çəkilərdə istehsal olunur.
Direktor:
Ünvan:Bakı şəhəri AZ 1117
Binəqədi rayonu Biləcəri qəsəbəsi
Tel/fax: 401 88 05
e-mail: sales@xirman.az
Ətraflı məlumat üçün: www.xirman.az
 
"VAQA LTD" MMC
Azərbaycanda və Cənubi Qafqazda analoqu olmayan, MDB ölkələri sırasında 4-cü olaraq quraşdırılmış çörək məmulatlarının istehsalı ilə məşğul olan ən müasir müəssisədir.
Müəssisə Çexiya istehsalı olan dünya standartlarına uyğun müasir texnoloji xətt və avadanlıqla təchiz olunmuşdur.
Müəssisədə yüksək peşəkarlığa malik personal fəaliyyət göstərir.
"Baker" əmtəə nişanı ilə istehsal edilən çörək və çörək-bulka məmulatları eksklüziv və ənənəvi reseptlər əsasında hazırlanmışdır.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfi
Direktor: Elşən Adəm oğlu Əliyev
Tel: +99 (412) 412-37-44
Fax: +99 (412) 412-10-52
e-mail: oficce@baker.az
Əlavə məlumat üçün: www.baker.az
 
 
Rayonun iri ticarət mərkəzləri
 
"Elite" ticarət və əyləncə mərkəzi
Bakı şəhərində yerləşən ən iri ticarət mərkəzlərindən biri olan "Elite" ticarət və əyləncə mərkəzində  200-dən artıq mağaza, kafe və restoranlar, bouling və əyləncə zalı, hotel və digər xidmət sahələri fəaliyyət göstərir.
Ünvan: AZ1108
Binəqədi rayonu, Dərnəgül şossesi
Tel: +99 (412) 449-98-55
+ 99 (412) 449-98-56
+ 99 (412) 449-98-57
Fax: + 99 (412) 498-07-03
Mərkəzin rəhbəri: Əli Evsən
Marketinq üzrə menecer: İlham Süleymanov
e-mail: elite@azeronline.com
Ətraflı məlumat üçün: www.elite.az
 
"Baku Electronics"
1994-cü ildən fəaliyyətə başlamışdır.
Kompaniya dünya bazarında mühüm yer tutan "Samsung", "Siemens", "Tefal", "Rowenta", "Krups", "Lagoctina" kimi markaların rəsmi distribyutorluq hüququna malikdir.
Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 116
Tel: + 99 (412) 441-33-86
+ 99 (412) 563-61-33
Ətraflı məlumat üçün: www.bakuelektronics.az
 
"Tərgül" ticarət mərkəzi
2006-cı ildən fəaliyyət göstərən Mərkəzdə müxtəlif məişət əşyaları və geyim satışı üzrə ixtisaslaşdırılmış dükanlar mövcuddur. Müəssisə əhaliyə müxtəlif çeşidli istehlak mallarının satışı ilə məşğul olur. bundan əlavə Ticarət Mərkəzində aptek, kafe, dərzi və bərbərxana da fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon, C.Xəndan küçəsi
 
"Monte-Kristo" restoran kompleksi
Restoran kompleksi geniş çeşidli Azərbaycan və Avropa mətbəxindən nümunələri öz peşəkar ofisiantları vasitəsi ilə musiqi sədaları altında müştərilərinə təqdim edir.
"Monte-Kristo" kompleksinə iki möhtəşəm toy zalı, iki banket zalı, "İf Tower" restoranı, qonaq evi, maşınlar üçün dayanacaq, gül mağazası və videostudiya daxildir.
Ünvan: Bakı şəhəri, 8-ci mikrorayon, C.Xəndan küçəsi 38m
Tel: + 99 (412) 436-06-06
Mob: + 99 (050) 536-06-06
e-mail: graf@montekristo.az
Ətraflı məlumat üçün: www.montekristo.azerin.com
Atatürk prospekti və Naxçıvani küçəsinin kəsişməsində yerləşən, 2002-ci ildən fəaliyyət göstərən "LİDO" restoranında Avropa və Asiyanın məşhur restoranlarında təcrübə keçmiş aşbazların hazırladıqları təamların dadına baxmaq olar. Restoranda 250 nəfərlik böyük zal, 25 nəfərlik VİP zalı, bundan əlavə press-konferensiyaların, təqdimat mərasimlərinin və mini banketlərin keçirilməsi üçün əlavə zal xidmət göstərir.
 əlaqə tel: +99 (412) 562-94-49
 Əlavə məlumat üçün: www.lido.az

Binəqədi rayonu ərazisində 50-ə yaxın şadlıq evi, restoran fəaliyyət göstərir ki, bunlardan aşağıdakıları göstərmək olar

Şadlıq evinin adı
Ünvanı
Əlaqə telefonu
1
Röya
8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 3
563-00-09
2
Azəri
8-ci mkr., Ş.Məmmədova küçəsi 3
561-82-25
3
Həyat
8-ci mkr., Naxçıvani küçəsi 3067
562-99-40
4
Ramin
Atatürk prospekti 62a
562-93-60
5
Cıdır Düzü
8-ci mkr., S.S.Axundov küçəsi 1a
561-78-70
6
Kəmalə-Nərmin
7-ci mkr., keçid 1260
563-54-58
7
Sona
9-cu mkr., Mir Cəlal küçəsi 75
568-54-88
8
Üzeyir
9-cu mkr., Mir Cəlal küçəsi 105
568-43-43
9
Tərlan
9-cu mkr., Mir Cəlal küçəsi 115a
560-10-00
10
Leyla
9-cu mkr., Mir Cəlal
430-00-15
11
Ceyhun
9-cu mkr., Mir Cəlal küçəsi 105
413-02-85
12
Ankara
7-ci mkr., Xarici Dairəvi küçəsi 3123
562-05-57
13
Ümid
6-cı mkr., S.Məmmədova küçəsi
568-58-51
14
Anar
6-cı mkr., S.Məmmədova küçəsi
560-01-97
15
Zirvə
8-ci mkr., C.Xəndan küçəsi 17
561-77-00
16
Zəngəzur
Binəqədi şossesi 59
411-16-66

Binəqədi rayonu ərazisində “Embawood”, “Samsung”, ”JVC+”, “Qrand” market, ”Banana” market, ”Almalı” market, “Euro Ceramica” və s. iri ticarət obyektləri fəaliyyət göstərir.

 

Keçidlər