Şriftin ölçüsü :

Saytın rəngi :

Əli Nəbiyevdən, Bakı şəhəri Binəqədi rayonu, 16 iyul 2020-ci il

Əli Nəbiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident

Siz ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, xalqımızın dayağı, Vətənimizin cəsur və müdrik oğlusunuz. Azərbaycan xalqı Sizi sevir və daim Sizinlədir. Sizin yüksək idarəçiliyiniz və bacarığınız sayəsində bu gün Azərbaycan dünyada tanınır və ölkəmizin nüfuzu gündən-günə artır. Bu nailiyyətlərin əsasında xalqla iqtidar arasında mövcud olan möhkəm birlik də xüsusi yer tutur. Bizim birliyimizi, xalqımızın, dövlətimizin gücünü heç bir qüvvə sarsıda bilməz.
Cənab Prezident, biz gənclər Sizi, Sizin siyasətinizi dəstəkləyirik və Sizin əmrinizi gözləyirik.

Allah Sizin kölgənizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin. Azərbaycan Sizin düzgün, düşünülmüş, məqsədyönlü siyasətinizlə daha böyük uğur və qələbələr qazanacaq. Biz gənclər işğal altında olan torpaqlarımızın azad edilməsi üçün döyüşə getməyə hazırıq. Biz birlikdə güclüyük.

Möhtərəm cənab Prezident, bütün sahələrdə yanımızda olduğunuz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə cansağlığı arzu edirəm. Allah Sizi hər zaman pənahında saxlasın.

Hörmətlə,
Nəbiyev Əli Elxan oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər