Şriftin ölçüsü :

Saytın rəngi :

Ayxan Nəsiblidən, Bakı şəhəri Binəqədi rayonu, 15 iyul 2020-ci il

Ayxan Nəsiblidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident

Mən 11-ci sinif şagirdiyəm. Sizin çıxışlarınızı daim diqqətlə izləyir, hər kəlmənizə səmimi qəlbdən inanıram.

Sizin hər kəlmənizdən, hər cümlənizdən bəllidir ki, Siz doğma Azərbaycanımızı və xalqımızı çox sevirsiniz. Mən tarixi dərindən öyrənməyə çalışıram. Öyrəndiklərim, tarixi proseslər göstərir ki, Sizin apardığınız siyasət nəticəsində tezliklə işğal altında qalmış bütün torpaqlarımız düşmən tapdağından azad olunacaq, Sizin adınız tarixə yazılacaqdır. Mən buna inanıram, cənab Prezident. Biz Sizinlə güclüyük.

Hörmətlə,

Nəsibli Ayxan Hafiz oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər