Şriftin ölçüsü :

Saytın rəngi :

Xuraman Tağıyevadan, Bakı şəhəri Binəqədi rayonu, 05 iyun 2020-ci il

Xuraman Tağıyevadan, Bakı, Azərbaycan

Zati- aliləri, möhtərəm cənab Prezident

Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz təkcə regionda deyil, dünya miqyasında lider dövlətlərdən birinə çevrilib. Sizin xalqımızın həyat səviyyəsinin yüksəldilməsi və maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz işlər, verdiyiniz qərarlar, pandemiya dövründə işsiz şəxslərə ayırdığınız 190 manat birdəfəlik müavinət, maddi yardımlar, sosial sahədə dövlət tərəfindən göstərilən dəstək tədbirləri hər bir vətəndaş kimi, məni də çox sevindirir. Bu işlərin hamısı Sizin və Mehriban xanımın sayəsində baş verir.

İşləməyən şəxslərə birdəfəlik 190 manat verilməsi bütün xalqın sevincinə səbəb oldu. Mən də aprel və may aylarında bu yardımdan yararlandım.

Bir ana kimi Sizə minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirik, cənab Prezident.

Hörmətlə,
Xuraman Tağıyeva Ramil qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər