Şriftin ölçüsü :

Saytın rəngi :

Gülgəz Əliyeva və başqalarından, Bakı şəhəri Binəqədi rayonu, 19 may 2020-ci il

Gülgəz Əliyeva və başqalarından, Bakı şəhəri Binəqədi rayonu, 19 may 2020-ci il
 
Hörmətli cənab Prezident

Ölkəmizdən də yan keçməyən COVID-19 pandemiyasının qarşısını almaq məqsədilə gördüyünüz bir sıra tədbirlər bizi Azərbaycan vətəndaşı olaraq çox sevindirir, eyni zamanda, qürurlandırır. Bu qayğılı günlərdə Azərbaycan xalqının hər bir fərdini öz doğmanız kimi görməyiniz Sizin yüksək insani dəyərlərə sahib humanist insan olduğunuzdan xəbər verir. Əminliklə söyləyə bilərik ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın mənfi təsirləri minimuma endirilib.

Möhtərəm cənab Prezident, xalqımızın maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr, atdığınız uğurlu addımlar təqdirəlayiqdir. Ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə Binəqədi rayonunun sakinləri adından Sizə və Mehriban xanıma təşəkkür edir, müstəqil Azərbaycanımızın daha da tərəqqisi uğrunda gələcək işlərinizdə nailiyyətlər arzulayırıq. Allah Sizi qorusun.

Hörmətlə,
Əliyeva Gülgəz Məhiyəddin qızı

Rüstəmzadə İlham Rizvan oğlu

Qurbanov Coşqun İsmayıl oğlu

Abbasova Zivər Aydın qızı

Yusifov Yaşar Məhəmməd oğlu

Əliyev Emin Ənvər oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

 

Keçidlər