Şriftin ölçüsü :

Saytın rəngi :

Tahir Abbasovdan, Bakı şəhəri Binəqədi rayonu, 11 may 2020-ci il

Tahir Abbasovdan, Bakı şəhəri Binəqədi rayonu, 11 may 2020-ci il
 
Əziz Prezidentimiz

Sizə öz adımdan və ailə üzvlərimin adından xoş sözlərimi çatdırmaq istəyirəm. Çox sağ olun ki, koronovirusla mübarizə dövründə öz xalqınızın, birinci növbədə, biz uşaqların sağlamlığını və gələcəyini hər şeydən üstün tutursunuz. Bizə təhsildə geriləməməyimiz üçün şərait yaratdınız. Evdə qalsaq da təhsildən qalmadıq. Mən bütün yaşıdlarımın adından minnətdarlığımı bildirirəm. Mən də dərslərimi yaxşı oxuyuram, öz üzərimdə çalışıram ki, gələcəkdə rəhbər vəzifədə işləyim və Sizin kimi xalqıma, dövlətimə xidmət edəm. Mən fəxr edirəm ki, azərbaycanlıyam və Sizin kimi Prezidentimiz var.

Hörmətlə,
Abbasov Tahir Adil oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər