Şriftin ölçüsü :

Saytın rəngi :

Nübar Quliyeva və başqalarından, Bakı şəhəri Binəqədi rayonu, 09 may 2020-ci il

Nübar Quliyeva və başqalarından, Bakı şəhəri Binəqədi rayonu, 09 may 2020-ci il
 
Möhtərəm cənab Prezident

Sizin dekabr ayında Binəqədi rayonunda yolların asfaltlanması ilə bağlı verdiyiniz Sərəncam keçilməz palçıqlı yollarla evlərinə gedən sakinlərin sevincinə səbəb oldu. Azərbaycan Respublikasının hər yerində olduğu kimi, bizim yaşadığımız rayonda da insanları narahat edən problemlər həll edilir, gündəlik yaşayışımıza mənfi təsir edən amillər aradan qaldırılır. Hazırki pandemiya dövründə asfaltlama işləri dayandırılmadı, infrastruktur layihələri uğurla icra edildi və bu işlər davam etdirilir.

Bu gün doğma Azərbaycanımızda Prezidentini sevən xalq, xalqını sevən Prezidentimiz var. Dünyada baş verən böhran bizim ölkədən də yan keçmədi. Lakin əminik ki, daim vətəndaşların yanında olan cənab Prezidentimizin səyləri nəticəsində biz bu vəziyyətdən ən az itkilərlə çıxacağıq. Siz hər bir azərbaycanlının Prezidenti olduğunuz kimi, hər bir Azərbaycan vətəndaşı da Sizin yanınızdadır, siyasətinizi dəstəkləyir, Sizinlə birlikdə gələcəyə doğru inamla addımlayır.

Cənab Prezident, Sizə dərin təşəkkürümüzü bildirir, Azərbaycan xalqının sosial rifahının yaxşılaşmasına yönəlmiş yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,
Nübar Quliyeva

Yarəli Ellada

Səfərov Elsevər

Eyvazov Aqil

İmanova Mehriban və başqaları

Azərbaycan Respublikası, Binəqədi rayonu, Biləcəri qəsəbəsi
Keçidlər