Şriftin ölçüsü :

Saytın rəngi :

Məzahir Quliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 06 may 2020-ci il

Məzahir Quliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 06 may 2020-ci il

 

Möhtərəm cənab Prezident

Sizə və Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Qabaqlayıcı tədbirlər görməklə xalqımızı dünyada yayılan koronavirus bəlasından qoruduğunuza görə Allah həmişə Sizi qorusun.

Siz Prezident olaraq hər zaman xalqın qayğısına qalırsınız. Bu xalqın sağlam və firavan yaşayışında çox böyük zəhmətiniz var. Biz bunu heç vaxt unutmarıq. Bizim də borcumuz Sizin çağırışlarınıza can-başla əməl etmək, karantin qaydalarını yaddan çıxarmamaqdır.

Aztəminatlı ailələr və işsiz kimi qeydiyyatda olan şəxslər üçün 190 manatlıq birdəfəlik ödəmənin ayrılması, digər yardımların göstərilməsi neçə-neçə ailəyə sevinc bəxş etdi. Xalqa belə münasibət bəsləməyiniz Sizə olan ümumxalq məhəbbətini birə-beş artırır.

Biz fəxr edirik ki, Sizin kimi alicənab və dünyada böyük nüfuzu malik uzaqgörən rəhbərimiz var.

Hörmətlə,

Quliyev Məzahir

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər