Şriftin ölçüsü :

Saytın rəngi :

Namiq Quliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 04 may 2020-ci il

Namiq Quliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 04 may 2020-ci il

 

Möhtərəm cənab Prezident

Bəşəriyyətin koronovirus pandemiyasından əziyyət çəkdiyi bir vaxtda ölkəmizin apardığı mübarizə dünya dövlətləri arasında nümunəvi xarakter daşıyır. Xalqımızın sağlamlığının qorunması, sosial-maddi rifahının yaxşılaşdırılması və dayanıqlı iqtisadi inkişafın tənzimlənməsi üçün gördüyünüz təxirəsalınmaz tədbirlər ölkəmizdə və dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir.

Cənab Prezident, ölkəmizin bu dünyəvi problemdən qorunması üçün yürütdüyünüz daxili və xarici siyasəti Azərbaycan vətəndaşı kimi tam gücümlə dəstəkləyirəm. Ölkəmizin bu epidemiyadan az zərərlə çıxması və insanların sosial müdafiəsi naminə gördüyünüz bütün tədbirləri alqışlayır, Sizə dərin təşəkkürümü bildirirəm.

Dərin hörmətlə,

Quliyev Namiq Ədalət oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər