Şriftin ölçüsü :

Saytın rəngi :

Zərbalı Allahverdiyevdən, Bakı şəhəri Binəqədi rayonu, 02 may 2020-ci il

Zərbalı Allahverdiyevdən, Bakı şəhəri Binəqədi rayonu, 02 may 2020-ci il
 
Zati-aliləri, möhtərəm cənab Prezident

Bu gün bütün bəşəriyyəti ağuşuna alan COVID-19 pandemiyası yüz minlərlə insanın həyatına son qoyduğu bir vaxtda, Sizin gördüyünüz operativ və qabaqlayıcı tədbirlər, imzaladığınız fərman və sərəncamlar ölkəmizin bu pandemiyadan daha az itkilərlə çıxmasına imkan yaratdı. “Biz birlikdə güclüyük!” çağırışınıza qoşularaq Sizə dəstək olduğumuzu bəyan edirik.

Möhtərəm cənab Prezident, “İnşaatçı” qəzetinin yaradıcı kollektivi əmindir ki, Sizin qətiyyətiniz, vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində atdığınız addımlar və xalq-iqtidar birliyi sayəsində xalqımız bu böyük sınaqdan şərəflə çıxacaqdır. Sizin bu dövrdəki fəaliyyətiniz Azərbaycan xalqının qəlbindən heç zaman silinməyəcək.

Sizə və Mehriban xanıma sonsuz təşəkkürümüzü bildirir, çətin və şərəfli işinizdə uğurlar və cansağlığı arzulayırıq. Azərbaycan Sizinlə qüdrətlidir, cənab Prezident! Biz Sizinlə fəxr edirik. Biz Sizinlə güclüyük. Əmin ola bilərsiniz ki, dövlətimizin tərəqqisi yolunda müsəlləh əsgər kimi hər zaman Sizin yanınızdayıq. Bu müqəddəs Ramazan ayında Azərbaycanımız və millətimiz, bu günümüz və gələcəyimiz üçün Tanrı Sizi qorusun.

“İnşaatçı” qəzeti redaksiyasının kollektivi adından dərin hörmət və ehtiramla,
Allahverdiyev Zərbalı Mirzə oğlu, baş redaktor, Əməkdar jurnalist

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər