Şriftin ölçüsü :

Saytın rəngi :

Bəhram Şiriyev və başqalarından, Bakı şəhəri Binəqədi rayonu, 25 aprel 2020-ci il

Bəhram Şiriyev və başqalarından, Bakı şəhəri Binəqədi rayonu, 25 aprel 2020-ci il
 
Möhtərəm cənab Prezident.

Dünyada tüğyan edən bu dəhşətli bəla ilə mübarizə aparmaq nə qədər çətin olsa da, Sizin düzgün, vaxtında verdiyiniz qərarlar yarana biləcək faciənin qarşısını aldı. Sizin uzaqgörən siyasətinizin nəticəsində ölkəmizdə COVID-19 pandemiyasının mənfi təsirləri minimuma endirildi. Bütün bəşəriyyətin bu təhlükə ilə üzləşdiyi bir zamanda Sizin Azərbaycan xalqına böyük və əvəzsiz dəstəyinizi hamı hiss etdi.

Cənab Prezident, bu günlərdə məktəbimizin müəllimləri şagirdlərlə dərsləri evdən onlayn şəkildə davam etdirir, videodərslərdə fəal iştirak, şagirdlərimizin bilik və bacarıqlarını möhkəmləndirirlər. Ölkəmiz üçün bu çətin günlərdə gördüyünüz işlərdə Sizə və Mehriban xanım Əliyevaya yeni uğurlar arzulayırıq. Biz hər zaman Sizinləyik.

Dərin hörmət və ehtiramla,
Bakı şəhəri 276 nömrəli tam orta məktəbin kollektivi adından

Şiriyev Bəhram

Ağayev Hidayət

Quliyev Elxan

Qafarova Könül

Ağayeva Aidə və başqaları.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər