Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Qayıbzadədən, Bakı şəhəri Binəqədi rayonu, 23 aprel 2020-ci il

İlham Qayıbzadədən, Bakı şəhəri Binəqədi rayonu, 23 aprel 2020-ci il
 
Hörmətli cənab Prezident.

Siz bu ağır günlərdə istirahət demədən, gecə-gündüz demədən çalışaraq vətəndaşların qayğısına qalırsınız, onlara hərtərəfli kömək göstərirsiniz. Sizi daim yanında hiss edən qədirbilən xalqımız Sizi ən yaxın dostu hesab edir. Mən də bu ölkənin bir vətəndaşı kimi, Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bütün dünyanın səfərbər olduğu koronavirus pandemiyasına qarşı ölkəmizdə görülən tədbirlər, o cümlədən, yeni xəstəxanaların tikilməsi, əhaliyə edilən güzəştlər, maddi təminatlar, humanitar yardımlar Sizin xalqımıza dayaq olduğunuzu göstərir. Sizin “Biz birlikdə güclüyük!” ifadəniz bizə qüvvət verir və bizi əmin edir ki, çox keçməz, Sizin yorulmaz fəaliyyətiniz sayəsində bu mübarizədən birlikdə üzüağ çıxacağıq.

Cənab Prezident, pandemiyanın ölkəmizdə yayılmasına qarşı atdığınız addımlara görə Sizə səmimi qəlbdən təşəkkürümü bildirir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Qayıbzadə İlham Yusif oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər