Şriftin ölçüsü :

Saytın rəngi :

Aytən Quliyevadan, Bakı şəhəri Binəqədi rayonu, 21 fevral 2020-ci il

 
Aytən Quliyevadan, Bakı şəhəri Binəqədi rayonu, 21 fevral 2020-ci il
 
Hörmətli cənab Prezident.

Bu il Münxen Təhlükəsizlik Konfransı tarixi bir debata ev sahibliyi etdi. Həmin Konfrans çərçivəsində keçirilən panel müzakirələrdə bütün dünyaya nümayiş etdirdiyiniz qətiyyət, bilik və liderlik bacarığı Ermənistanın baş naziri Nikol Paşinyana çətin anlar yaşatsa da, xalqımızın ürəyini qürurlandırdı.

Siyasi təcrübəsizlik səbəbindən bir neçə beynəlxalq görüşləri pərt vəziyyətdə tərk etmiş Paşinyan bu müzakirələrə revanş həvəsi ilə gəlsə də, dünya qarşısında gülünc vəziyyətə düşdü. Sizdən aldığı tarix və siyasət dərsi hələ uzun illər onun yaddaşında qalacaq.

Əmin ola bilərsiniz ki, Azərbaycan xalqı hər zaman Sizi dəstəkləyir. Bizim üçün, Azərbaycan üçün yorulmadan, gecə-gündüz çalışdığınız üçün Sizə minnətdarıq.

Dərin hörmətlə,

Quliyeva Aytən Yusif qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər