Şriftin ölçüsü :

Saytın rəngi :

Coşğun Qurbanovdan, Bakı şəhəri Binəqədi rayonu, 14 yanvar 2020-ci il

  Coşğun Qurbanovdan, Bakı şəhəri Binəqədi rayonu, 14 yanvar 2020-ci il 
Hörmətli cənab Ali Baş Komandan!
 
Sizin siyasətinizi dəstəkləyir, xalqımıza, millətimizə və dövlətçiliyimizə göstərdiyiniz qayğınıza görə Sizə minnətdarlığımı bildirirəm.

Sizin rəhbərliyiniz dövründə Azərbaycanda köklü dəyişikliklər baş verib. Azərbaycan bu gün reytinqi yüksək olan dövlətlər cərgəsində yer alır, öz inkişaf sürəti, keçirdiyi mötəbər beynəlxalq tədbirlərlə dünyaya səs salır.

Ölkəmizin müdafiə qabiliyyəti də ildən-ilə yüksəlməkdədir. Güclü ordu, sürətli tərəqqi və rifah hər bir cəmiyyətin arzuladığı meyarlardır. Çox şadıq ki, bütün bunlar bugünkü Azərbaycana xasdır.

Cənab Prezident, istər ordu quruculuğu, istərsə də xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılması yolunda apardığınız siyasətdə Sizə yeni-yeni uğurlar arzu edirəm.
 

Hörmətlə,

Qurbanov Coşğun İsmayıl oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu. 

 

Keçidlər