Şriftin ölçüsü :

Saytın rəngi :

2019

 
Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə görüşü
2019-12-26

26 dekabr 2019-cu il tarixində, saat 15:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 298 saylı tam orta məktəbin akt zalında Biləcəri qəsəbə sakinləri ilə səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə konsert proqramı
2019-12-25

Hörmətli sakinlərimiz və dəyərli səhifə izləyiciləri!
27 dekabr 2019-cu il tarixində saat 17:00-da Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Binəqədi rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı keçiriləcək.
Hər biriniz dəvətlisiniz.

xxx

Binəqədi rayonunda avtomobil yollarının və məhəllədaxili yolların təmiri işi start götürüb
2019-12-25

Hörmətli sakinlərimiz!
Bakı şəhəri Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə ölkə başçısı cənab İlham Əliyev tərəfindən ayrılmış maliyyə vasaitinə uyğun olaraq Binəqədi rayonunda avtomobil yollarının və məhəllədaxili yolların təmiri işi start götürmüşdür.

xxx

Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə Açıq qapı formatında görüşü
2019-12-19

19 dekabr 2019-cu il tarixində saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi Rayon Gənclər Evində 7-ci mikrorayon sakinləri ilə Açıq qapı formatında görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə görüşü
2019-12-13

13 dekabr 2019-cu il tarixində, saat 15:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 313 saylı tam orta məktəbin akt zalında Xocasən qəsəbə sakinləri ilə səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə görüşü
2019-12-05

5 dekabr 2019-cu il tarixində, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 306 saylı tam orta məktəbin akt zalında 28 May qəsəbə sakinləri ilə səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Ağacəkmə aksiyasının keçirilməsi haqqında
2019-11-29

Hörmətli sakinlərimiz!
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyasının keçirilməsi işinə start verilmişdir.
Bu münasibətlə 6 dekabr 2019-cu il tarixində rayonumuzda ümumrayon ağacəkmə aksiyası keçiriləcəkdir.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-11-28

28 noyabr 2019-cu il tarixində, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə 179 saylı tam orta məktəbin akt zalında səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Qaz təchizatının dayandırılması
2019-11-27

Binəqədi Qaz İstismar Sahəsindən verilən məlumata əsasən, Binəqədi qəsəbəsi, Binəqədi kəndinin Gil yaşayış massivində Dş-108 mm-lik yeni çəkilən qaz xəttinin və Azadlıq prospekti 187 ünvanında yerləşən “İnam İnşaat” MTK binasının yeni çəkilmiş qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədar olaraq, 27 noyabr 2019-cu il tarixində saat 11:00-dan 13:00-dək Binəqədi qəsəbəsi, Ələkbərov küçəsi, C.Cabbarlı küçəsi, Axundov küçəsi, Gülüstan küçəsi və Azadlıq prospekti 187 və 189 saylı binalarda təbii qazın verilməsində məhdudiyyətlər yaranacaqdır.

xxx

İstilik təchizatının dayandırılması
2019-11-25

8-ci mikrorayon, İ.Dadaşov küçəsində istilik xəttində baş vermiş qəza ilə əlaqədar 12 binanın istilik təchizatı dayandırılmışdır. Təsir dairəsi - İ.Dadaşov 71, 71a, 71b, 71 v, Heydər Hüseynov 23, 23a, 23b, 15a, Nizami Nərimanov 19, 21, 77, 81 saylı binalar.

xxx

Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə Açıq qapı formatında görüşü
2019-11-21

21 noyabr 2019-cu il tarixində saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə 135 saylı məktəbin akt zalında Açıq qapı formatında görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Qaz təchizatının dayandırılması
2019-11-15

Binəqədi Qaz İstismar Sahəsindən verilən məlumata əsasən, Alatava QPS-də aşkar edilən qaz sızmalarının aradan qaldırılması, Xırdalan QPS-də D-400 mm-lik siyirtmənin quraşdırılması ilə əlaqədar 15.11.2019-cu il tarixində saat 10:00-dan etibarən iş qurtaranadək 6,7,8,9-cu mikrorayonlarda, Biləcəri qəsəbəsində, Xırdalan-Binəqədi şosesinin sağ və sol hissələrində, M.Rəsulzadə qəsəbəsinin bir hissəsində, Xutor yaşayış massivində (60000 abonent) qaz təchizatı dayandırılacaqdır.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-11-14

14 noyabr 2019-cu il tarixində saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə 246 saylı məktəb-liseyin akt zalında səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Hava haqqında məlumat
2019-11-13

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata əsasən, noyabrın 13-ü axşamdan 17-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.
Şimal küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın tempraturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-11-06

7 noyabr 2019-cu il tarixində saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsinin sakinləri ilə 284 saylı tam orta məktəbin akt zalında səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Hava haqqında məlumat
2019-10-30

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata əsasən, oktyabrın 31-dən noyabrın 4-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin oktyabrın 31-də 15-20 m/s, arabir 23 m/s, oktyabrın 2-də gündüz isə 18-23 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Havanın tempraturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

xxx

Qaz təchizatının dayandırılması
2019-10-29

Binəqədi Qaz İstismar Sahəsindən verilən məlumata əsasən, payız-qış mövsümü ilə əlaqədar əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə, Xocəsən-Lökbatan yolunda yeni çəkilmiş PE-250 mm-lik polietilen qaz xəttinin ayırmalarının mənbəyə qoşulması ilə əlaqədar olaraq 29 oktyabr 2019-cu il tarixində saat 10:00-dan iş qurtaranadək Sulutəpə və Xocəsən qəsəbələrində təbii qazın verilməsində məhdudiyyətlər yaranacaqdır.

xxx

Qaz təchizatının dayandırılması
2019-10-28

Binəqədi Qaz İstismar Sahəsindən verilən məlumata əsasən, Digah QSP-də aşkar olunmuş nasazlıqların aradan qaldırılması ilə əlaqədar olaraq, 28 oktyabr 2019-cu il tarixində saat 10:00 -dan iş qurtaranadək Baksol yaşayış massivində, İ.Hacıyev küçəsində, Binəqədi şosesinin sağ və solunda və DSK yolunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

xxx

Qaz təchizatının dayandırılması
2019-10-22
Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, Binəqədi rayonu Sulutəpə və Xocəsən qəsəbəsində Dş-219 mm-lik qaz xəttinin ləğv edilməsi və yeni çəkilmiş qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədar 22.10.2019-cu il tarixdə saat 1000-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaqdır. Nəticədə Sulutəpə yaşayış massivi və Xocəsən qəsəbəsində (1200 abonent) təbii qazın verilməsində məhdudiyyət yaranacaqdır.

xxx

Qaz təchizatının dayandırılması
2019-10-22
Binəqədi rayonu Binəqədi qəsəbəsi G.Ramazanov küçəsində yük maşınının d-76 və d-40 mm qaz xəttini və qaz tənzimləyicini yararsız hala salması səbəbindən qaz təchizatı dayandırılmışdır (abonent sayı - 1500 nəfər).

xxx

Qaz təchizatının dayandırılması
2019-10-18

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, Binəqədi rayonu 8-ci mikrorayonun bir hissəsi və Nərimanov rayonu ərazisində aparılacaq təmir işləri ilə əlaqədar qaz təchizatı 18.10.2019-cu il tarixdə saat 1000-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaqdır.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-10-17

17 oktyabr 2019-cu il tarixində, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədii qəsəbəsinin sakinləri ilə Mərkəzi Mədəniyyət Evində səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-10-10

10 oktyabr 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsinin  sakinləri ilə 297 saylı tam orta məktəbin akt zalında səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Qaz təchizatının dayandırılması
2019-10-09

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, M.Ə.Rəsulzadə qəsəbəsində (Vorovski yaşayış massivində) təmir işləri ilə əlaqədar 09.10.2019-cu il tarixində saat 10:00-dan işlər yekunlaşanadək M.Ə.Rəsulzadə qəsəbəsi, Vorovski yaşayış massivində (1800 abonent) qaz təchizatı dayandırılacaqdır.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-09-26

26 sentyabr 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə 115 saylı tam orta məktəbin akt zalında səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Qaz təchizatının dayandırılması
2019-09-25

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, Xırdalan QPS-dən qidalan BMSK qaz xəttində aşkarlanmış qaz sızmasının aradan qaldırılması ilə əlaqədar 25.09.209-cu il tarixdə saat 10:00-dan işlər qurtaranadək qaz təchizatı daxildən dayandırılacaqdır. Nəticədə Biləcəri qəsəbəsinin bir hissəsi, Binəqədi şosesi, DSK yolu və Vulkan ətrafında təbii qazın verilməsində məhdudiyyət yaranacaqdır.

xxx

Qaz təchizatının dayandırılması
2019-09-20

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən,payız-qış mövsümü ilə əlaqədar əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə Binəqədi-Xırdalan Dş-100 mm-lik siyirtmənin və  yarasız qaz tənzimləyicinin yenisi ilə əvəz olunması ilə əlaqədar 20.09.2019-cu il tarixdə saat 1000-dan işlər yekunlaşanadək qaz təchizatının verilməsində məhdudiyyət yaranacaqdır.

xxx

Kəskin hava şəraiti ilə əlaqədar
2019-09-20

Sentyabrın 21-i səhərdən 22-si səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi,şimal-qərb küləyinin 18-23 m/s,arabir 26-30 m/s-dək güclənəcəyi gözlənilir.Gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcəkdir.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-09-19

19 sentyabr 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon  sakinləri ilə 157 saylı tam orta məktəbin akt zalında səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Qaz təchizatının dayandırılması
2019-09-18

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, 7-ci mikrorayon Cıdır düzü və Amor şadlıq evinin yanında yarasız Dş 159 mm-lik qaz xəttinin ləğv olunması,əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə saat 1000-dan işlər qurtaranadək qaz təchizatının verilməsində məhdudiyyət yaranacaqdır.

xxx
 
Qaz təchizatının dayandırılması
2019-09-12

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən,Sulutəpə yaşayış massivində diametri 159 mm-lik olan qaz xəttini maşın zədələdiyi üçün təmir işləri ilə əlaqədar saat 10:00-dan qazın verilməsində məhdudiyyət yaranmışdır. Təsir dairəsi Sulutəpə qəsəbəsinin bir hissəsi.

xxx

Su təchizatının dayandırılması
2019-09-12

Hörmətli Binəqədi sakinləri, nəzərinizə çatdırmaq istərdik ki, Binəqədi qəsəbəsi Gülüstan 15 ünvanında d-150 mm-lik su xəttində qəza ilə əlaqədar su təchizatında məhdudiyyət yaranmışdır. Təsir dairəsi- Gülüstan küçəsinin döngələri.Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.
9-cu mikrorayon Mir Cəlal küçəsi 23 ünvanında su xəttlərinə birləşmə verilməsi ilə əlaqədar su təchizatında məhdudiyyət yaranmışdır. Təsir dairəsi- Mir Cəlal küçəsi 3 ünvanından 55-dək olan binalar. 

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-09-12

12 sentyabr 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon  sakinləri ilə 126 saylı tam orta məktəbin akt zalında səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Qaz təchizatının dayandırılması
2019-09-06

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi 300 saylı məktəbin qabağında deformasiyaya uğramış qaz xəttinin bərpası ilə əlaqədar 04.09.2019-cu il tarixində saat 1030-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaqdır. Bununla əlaqədar təmir müddətində Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsinin (1500 abonet) qaz təchizatında fasilə yaranacaqdır.

xxx

Kəskin hava şəraiti ilə əlaqədar
2019-09-06

Senytabrın 7-si axşamdan 9-u gündüzədək şimal-qərb küləyinin 15-18 m\s, arabir 20-25 m\s-dək güclənəcəyi gözlənilir. Sentyabrın 8-də gecə və səhər yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.
 
xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-09-05

05 sentyabr 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon  sakinləri ilə 3 saylı orta məktəbin akt zalında səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Qaz təchizatının dayandırılması
2019-09-03

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, Binəqədi rayonu ərazisində tədbirlər planına əsasən 5 ədəd siyirtmənin əvəz olunması ilə əlaqədar saat 10.00-dan işlər yekunlaşanadək qaz təchizatında məhdudiyyət olacaqdır. Təsir dairəsi- Binəqədi şossesi, Binəqədi qəsəbəsinin bir hissəsi, Baksol massivi, Biləcəri qəsəbəsi Ordubadi küçəsinin bir hissəsi (15000 abonent)

xxx

Qaz təchizatının dayandırılması
2019-09-02

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, Sulutəpə qəsəbəsində Dş-159 mm-lik orta təzyiqli qaz xəttində yaranmış qaz sızmasının aradan qaldırılması ilə əlaqədar 02.09.2019-cu il tarixdən saat 1000-dan işlər yekunlaşanadək qaz təchizatı daxildən dayandırılmışdır.Təsir dairəsi Sulutəpə yaşayış massivi.

xxx

Qaz təchizatının dayandırılması
2019-08-30

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, Nəsimi rayonunda d108 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi ile əlaqədar 12.00-dan işlər yekunlaşanadək Xutor yaşayış massivinin bir hissəsində qaz təchizatında məhdudiyyət olacaqdır.

xxx

Telefon zənglərində məhdudiyyətin olması
2019-08-29

Texniki səbəblərdən Binəqədi Rayon İcra Hakimiyyətinin əlaqə nömrəsi və “Sakinlərin Müraciət Xidməti– 1646″ qaynar xətttinə daxil olan zənglərin qəbul olunmasında məhdudiyyət yaranmışdır.

xxx

Qaz təchizatının dayandırılması
2019-08-29

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən,payız qış mövsümü ilə əlaqədar əhalinin qaz təchizatının yaxşılaşdırılması üçün Moskva prospekti,Şamaxinka ərazisində "Alatava QPS"-dən qidalanan Binəqədi rayonunu təchiz edən D530 mm-lik qaz xəttinin korroziyaya uğramış bir hissəsinin dəyişdirilməsi ilə əlaqədar 29.08.2019-cu il tarixdə saat 0800-dan etibarən qaz kəmərində təmir işləri tamamlanadək qaz təchizatı dayandırılacaqdır.Bununla əlaqədar təmir müddətində 6,7,8,9-cu mikrorayon,Vorovski yaşayış sahəsi, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Motodrom yaşayış massivi və Xutor yaşayış massivində qaz təchizatı dayandırılacaqdır.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-08-29

29 avqust 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə 284 saylı orta məktəbin akt zalında səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Qaz təchizatının dayandırılması
2019-08-28

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, 28 May qəsəbəsində ana xətdə təmir işləri ilə əlaqədar bu gün saat 17:00 dək Qəsəbə ərazisində qaz verilişində məhdudiyyətlər olacaqdır.

xxx

Elektrik enerjisinin verilməsində məhdudiyyət olacaqdır
2019-08-22

Binəqədi qəsəbəsi ərazisində 92 saylı ATP xəttində açılma ilə əlaqədar elektrik enerjisində məhdudiyyət yaranıb. Təsir dairəsi Binəqədi qəsəbəsinin bir hissəsi.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-08-22

22 avqust 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə Binəqədi Qəsəbə İƏD üzrə nümayəndəliyin inzibati binasında "Açıq qapı" görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Qaz təchizatının dayandırılması
2019-08-20

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən,Xocəsən yolunda yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması və M.Rəsulzadə qəsəbəsi 8 mart küçəsində yeni çəkilmiş xətlərin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 20.08.2019-cu il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaqdır.Bununla əlaqədar Sulutəpə yaşayış massivi, Xocəsən qəsəbəsi və M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsində qaz təchizatı dayandırılacaqdır.

xxx

Qaz təchizatının dayandırılması
2019-08-15

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən,aparılan təmir işləri ilə əlaqədar saat 1200 -dan işlər yekunlaşanadək Xırdalan BMSK ölçü qovşağından qaz təchizatı dayandırılacaqdır. Bununla əlaqədar təmir müddətində Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi, X.Məlikaslanov küçəsindəki döngələr, Xırdalan-Binəqədi şosesi sağ və sol tərəfi, Ordubadi küçəsi, T.Yaqubov küçəsi və DSK yolunun ətrafında qaz təchizatı dayandırılacaqdır.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-08-15

15 avqust 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin inzibati binasında səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-08-08

08 avqust 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsinin sakinləri ilə Biləcəri qəsəbəsi, məhəllə 5057/68, 11 saylı binanın həyətində yerləşən əhalinin kütləvi tədbirlər evində səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

"Qurban Bayramı" münasibətilə konsert proqramı
2019-08-07

Əziz sakinlər,
10 avqust 2019-cu il tarixdə, saat 19:00-da Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında "Qurban Bayramı" münasibətilə möhtəşəm konsert proqramı nümayiş olunacaqdır. Proqramda tanınmış müğənnilər iştirak edəcək.
Hər biriniz dəvətlisiniz.

xxx

Qaz təchizatının dayandırılması
2019-08-02

Xocəsən qəsəbəsində Dş-159 mm-lik qaz xəttinin qaldırılması ilə əlaqədar daxildən 02.08.2019-cu il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaqdır.

xxx

Qaz təchizatının dayandırılması
2019-08-02

8-ci mikrorayon, Əhməd Rəcəbli küçəsində yolun genişləndirilməsi ilə əlaqədar diametri 160 və 180 mm-lik olan qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacadır. Təsir dairəsi - 8-ci mikrorayonun bir hissəsi.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-07-30

30 iyul 2019-cu il tarixdə saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə 248 saylı orta məktəbin akt zalında səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-07-26

26 iyul 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə Binəqədi rayon bələdiyyəsinin inzibati binasında "Açıq qapı" görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-07-23

23 iyul 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-ci mikrorayon  sakinləri ilə 246 saylı tam orta məktəbin akt zalında səyyar görüşü  keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-07-19

19 iyul 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsinin sakinləri ilə Dəmiryolçular parkında "Açıq hava" səyyar görüşü  keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Qaz təchizatının dayandırılması
2019-07-17

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, Nəsimi rayonu ərazisində qaz xətlərində aparılan təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək M.Ə.Rəsulzadə qəsəbəsi Xutor yaşayış massivinin qaz təchizatında məhdudiyyət olacaqdır.

xxx

Elektrik enerjisinin verilməsində məhdudiyyət olacaqdır
2019-07-12

8-ci mikrorayon ərazisində elektrik xətləri üzərində aparılan təmir-təftiş işləri ilə əlaqədar enerjinin verilməsində məhdudiyyət yaranmışdır. Təsir dairəsi - 8-ci mikrorayon Heydər Hüseynov küçəsi, Nizami Nərimanov küçələri.

xxx

Ümummili lideri Heydər Əliyevin Azərbaycanda Siyasi hakimiyyətə gəlişinin (14 iyul 1969) 50-ci ildönümünə həsr edilmiş konsert proqramına dəvət edirik!
2019-07-10

Hörmətli sakinlərimiz, dəyərli səhifə izləyiciləri!
Sizi, 12 iyul saat 18:00 -da Binəqədi Rayonu Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında keçiriləcək Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyevin Azərbaycanda Siyasi hakimiyyətə gəlişinin (14 iyul 1969) 50-ci ildönümünə həsr edilmiş konsert proqramına dəvət edirik!

xxx

Qaz təchizatının dayandırılması
2019-07-09

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən,Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində maşın dş-108 mm-lik qaz xəttini və qaz tənzimləyicini qırmışdır.Həmin qaz xəttinin və qaz tənzimləyicisinin təmiri ilə əlaqədar olaraq 09.07.2019-cu il tarixində saat 1100-dan iş qurtaranadək Sulutəpə yaşayış massivində daxildən və Çiçək ölçü qovşağından qaz təchizatı dayandırılacaqdır.Bununla əlaqədar təmir müddətində Çiçək yaşayış massivində və yuxarı Sulutəpə qəsəbəsinin bir hissəsində qaz təchizatı dayandırılacaqdır.

xxx

Qaz təchizatının dayandırılması
2019-07-05

Alatava QPS-dən qidalanan diametri 159 mm-lik olan orta təzyiqli yeraltı qaz xəttinin Nəsimi rayonu A.Məhərrəmov küçəsi ilə 20 yanvar küçəsinin kəsişməsində keçən hissəsində aşkar edilmiş qaz sızmasının ləğv edilməsi ilə əlaqədar 05.07.2019-cu il tarixində saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatında məhdudiyyət olacaqdır. Təsir dairəsi - 6, 7, 8, 9-cu mikrorayonlar, M.Rəsulzadə qəsəbəsinin, Xutor yaşayış massivinin və Biləcəri qəsəəbəsinin bir hissəsi.

xxx

Binəqədi qəsəbəsində yolda təmir işləri aparılır
2019-07-05

Binəqədi qəsəbəsi Qız Qalası küçəsində ("Favorit" marketə gedən yolda) hazırda su xəttinin çəkilişi işləri davam edir. Bu səbəblə yolun bir hissəsi müvəqqəti bağlıdır. Nəqliyyat vasitələrinin hərəkəti alternativ yollarla təmin olunur.

xxx

Qaz təchizatının dayandırılması
2019-07-04

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, Biləcəri qəsəbəsi Yusif İmanov küçəsində köhnə qaz xətlərinin ləğvi və yeni qaz xətlərinin mövcud mənbəyə birləşmə verilməsi ilə əlaqədar qaz təchizatında məhdudiyyət olacaqdır.

xxx

Qaz təchizatının dayandırılması
2019-06-28

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən,Binəqədi qəsəbəsində yerləşən hündür mərtəbəli yaşayış binasının qaz xəttinin mənbəyə qoşulması və Sulutəpə, Xocəsən qəsəbəsinin təbii qazla təmin edəcək qaz kəmərinin mənbəyə qoşulması ilə əlaqədar olaraq 28.06.2019-cu il tarixində saat 11:00-dan iş qurtaranadək qaz təchizatı dayandırılacaqdır.Bununla əlaqədar təmir müddətində, Binəqədi qəsəbəsinin bir hissəsi,Sulutəpə yaşayış massivi və Xocəsən qəsəbəsində qaz təchizatı dayandırılacaqdır.

xxx

Qaz təchizatının dayandırılması
2019-06-25

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, 8-ci mikrorayon Azadlıq metrosunun yaxınlığında yeraltı qaz sızmasının aradan qaldırılması ilə əlaqədar 8-ci mikrorayon ərazisinin bir hissəsində qaz təchizatının verilməsində məhdudiyyət yaranmışdır.

xxx

Elektrik enerjisinin verilməsində məhdudiyyət olacaqdır
2019-06-19

Binəqədi rayonu 8-ci mkr ərazisində elektrik xətləri üzərində aparılan təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilməsində saat 11:00-dan 15:00-dək məhdudiyyət olacaqdır. Təsir dairəsi - Binəqədi rayonun 8-ci mikrorayonun bir hissəsi.

xxx

Qaz təchizatının dayandırılması
2019-06-19

Binəqədi qəsəbəsi, Gülüstan küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar saat 12:00-dan işlər yekunlaşanadək təbii qazın verilməsində məhdudiyyət olacaqdır. Təsir dairəsi - Binəqədi qəsəbəsinin bir hissəsi.

xxx
 
Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-06-13

13 iyun 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə Fərman Məlikov küçəsi 4 ünvanında yerləşən əhalinin kütləvi tədbirlər evində səyyar görüşü  keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Açıq tender
2019-06-13

Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi rayonu, Ayna Sultanova adına parkda yenidənqurma işlərinin satınalınması üçün Azərbaycan Respublikası Qanununa uyğun olaraq açıq tender elan edir.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-iddiaçının analoji işlərdə təcrübəsi olmalı;
-iddiaçının istehsal-texniki imkanları olmalı;
-maliyyə durumu qənaətbəxş olmalı;
-texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə şəriştəsinə malik olmalı;
-vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmamalıdır.
Tender - 1 Lot üzrə keçrilir.
Tenderdə iştirak etmək istəyənlər 300 (üç yüz) manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş “Tenderin əsas şərtlər toplusu” aşağıdakı ünvandan əldə edə bilərlər:
İddiaçı “Tenderin əsas şərtlər toplusu”nda göstərilən bütün maddələrə dəqiq əməl etməlidir.
Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179, Binəqədi Rayon İcra Hakimiyyəti
Əlaqələndirici şəxs: Şahin Musayev, telefon: 562-48-32 (daxili nömrə: 534)
Bank rekvizitləri:
Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/hesabı: AZ41NABZ01360100000000003944
SWIFT: CTREAZ22
Alan:  Binəqədi Rayon İcra Hakimiyyəti
VÖEN:1000323341
H/hesabı: AZ77CTRE00000000000002517631
Ödənişin təyinatı mütləq göstərilməlidir!
XHK -2517631; Büdcə səviyyəsinin kodu 7y; İqtisadi təsnifat: 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər;
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keşmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalır);
- tender təklifi qiymətinin 1(bir) faizi həcmində təklifin təminatı;
- xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənəd;
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 15 iyul 2019-cu il saat 18.00-dək, tender teklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 26 iyul 18.00-a qədər Binəqədi Rayon İcra Hakimiyyətinə (ünvan: Bakı şəhəri, Binəqədi r-nu, Azadlıq prospekti 179, Binəqədi Rayon İcra Hakimiyyəti) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçının təklif zərfləri 29 iyul 2019-cu il saat 14:30-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
Tender təklifinin qüvvədə olma müddəti tender prosedurunun başlandığı gündən etibarən ən azı 30(otuz) bank günü təşkil etməlidir.
Tender təklifinin təminatı tender prosedurunun başlandığı gündən etibarən ən azı 60(altmış) bank günü (tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü) çox olmalıdır və təklifin ümumi qiymətinin 1 (bir) faizini təşkil etməlidir.
Tenderdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.
TENDER KOMİSSİYASI

xxx

Qaz təchizatının dayandırılması
2019-06-12

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, Biləcəri qəsəbəsi X.Məlikaslanov küçəsi 7-ci döngədə qaz xətti üzərində 2 ədəd siyirtmənin quraşdırılması ilə əlaqədar qaz təchizatında məhdudiyyət yaranmışdır.Təsir dairəsi Biləcəri qəsəbəsi X.Məlikaslanov küçəsi,Yeni yaşayış massivi.

xxx

Elektrik enerjisinin verilməsində məhdudiyyət olacaqdır
2019-06-10

Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan küçəsində 2100 m-lik hava elektrik naqilinin dəyişdirilməsi ilə əlaqədar elektrik enerjisinin verilməsində məhdudiyyət yaranıb.Təsir dairəsi Binəqədi qəsəbəsi Gülüstan yaşayış massividir.

xxx

Qaz təchizatının dayandırılması
2019-06-07

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, M.Ə.Rəsulzadə qəsəbəsi Z.Qənbərov küçəsində yaranmış yeraltı qaz sızmasınım aradan qaldırılması ilə əlaqədar 07.06.2019-cu il tarixində saat 1200-dan iş qurtarandək qaz təchizatı dayandırılacaqdır.
Bununla əlaqədar M.Ə.Rəsulzadə qəsəbəsində qaz təchizatı dayandırılacaqdır.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-06-07

07 iyun 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon  sakinləri ilə 102 saylı tam orta məktəbin akt zalında  səyyar görüşü  keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Qaz təchizatının dayandırılması
2019-06-03

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, Sulutəpə qəsəbəsi və Çiçək yaşayış massivində qaz xəttinin kipliyə yoxlanması ilə əlaqədar 03.06.2019-cu il tarixində saat 10:00-dan iş qurtaranadək Sulutəpə qəsəbəsində daxildən və Çiçək ölçü qovşağından qaz təchizatı dayandırılacaqdır.
Bununla əlaqədar Sulutəpə qəsəbəsi və Çiçək yaşayış massivində qaz təchizatı dayandırılacaqdır.

xxx

Qaz təchizatının dayandırılması
2019-05-31

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, Nərimanov rayonu TİX-nin ərazisində qaz xətlərində aparılan təmir işləri ilə əlaqədar  31.05.2019-cu il tarixində saat 1000 -dan təmir işləri yekunlaşanadək 11 saylı İƏM ölçü qovşağından qaz təchizatı dayandırılacaqdır. Bununla əlaqədar 7,8-ci mikrorayonların bir hissəsi və Naxçıvani küçəsində qaz təchizatının verilməsində məhdudiyyət olacaqdır.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-05-30

30 may 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon  sakinləri ilə 126 saylı tam orta məktəbin akt zalında  səyyar görüşü  keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Qaz təchizatının dayandırılması
2019-05-24

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, Binəqədi rayonu, 6-cı mikrorayon və Varovski yaşayış massivində qaz xəttinin kipliyə yoxlanması ilə əlaqədar 24.05.2019-cu il tarixində saat 11:30-dan təmir işləri yekunlaşanadək qaz təchizatının verilməsində məhdudiyyət olacaqdır.
Bununla əlaqədar 6-cı mikrorayon və Vorovski yaşayış massivi ərazisində qaz təchizatı dayandırılacaqdır.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-05-23

23 may 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon Adil Məmmədov küçəsi 55 ünvanında yerləşən əhalinin kütləvi tədbirlər evində sakinlər ilə səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Qaz təchizatının dayandırılması
2019-05-17

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, aparılan təmir işləri ilə əlaqədar Digah QPS-dən qidalanan Sərdarov əhali qaz xəttinin kipliyə yoxlanması ilə əlaqədar 17.05.2019-cu il tarixində saat 1000-dan iş qurtaranadək qaz təchizatı dayandırılacaqdır.Bununla əlaqədar təmir müddətində Binəqədi qəsəbəsi, Biləcəri qəsəbəsi və M.Rəsulzadə qəsəbəsinin bir hissəsində qaz təchizatı dayandırılacaqdır.

xxx

Qaz təchizatının dayandırılması
2019-05-15

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, Binəqədi rayonu Novxanı QPS-dən qidalanan qaz kəmərində aparılan təmir işləri ilə əlaqədar 15.05.2019-cu il tarixdə saat 10:00-dan işlər qurtaranadək Novxanı QPS-dən qaz təchizatı dayandırılacaqdır. Bununla əlaqədar təmir müddətində Gülüstan yaşayış massivinin bir hissəsində və Kənd Binəqədidə qaz təchizatı dayandırılacaqdır.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-05-10

10 may 2019-cu il tarixdə, saat 14:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsinin sakinləri ilə Biləcəri bələdiyyəsinin inzibati binasında "Açıq qapı" görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Binəqədi Rayon İcra Hakimiyyəti “Rayonumuzu Təmiz Saxlayaq” adlı layihə həyata keçirilir
2019-04-26

Hörmətli sakinlərimiz, dəyərli səhifə izləyiciləri!
Binəqədi Rayonunda yaz-yay mövsümünün başlanması ilə əlaqədar rayonun sanitar-təmizliyini təmin etmək, abadlıq və yaşıllıqları qoruyub saxlamaq və yaxşılaşdırmaq məqsədilə “Rayonumuzu Təmiz Saxlayaq” adlı layihə həyata keçirilir.
Gəlin birlikdə rayonumuzu təmiz saxlayaq.

xxx

Açıq tender (ikinci elan)
2019-05-01

• lot 1 - Nəqliyyat vasitələri
• lot 2 - Xüsusi texnikanın alınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179. (Əlaqələndirici şəxs: YƏHYA ƏLİYEV İKRAM OĞLU, telefon: 012-562-48-32 (daxili nömrə 526)) ünvanından ala bilərlər.
İştirak haqqı:
• lot 1 - 100 AZN
• lot 2 - 100 AZN
Bank rekvizitləri:
•Hesab: AZ77CTRE00000000000002517631
• VÖEN: 1401555071
• Bank: Dövlət Xəzinədarlığı Agentliyi büdcə səviyyəsinin kodu 7 y, iqtisadi təsnifat 142340
• Kodu: 210005
• M/H: AZ41NABZ01360100000000003944
• S.W.İ.F.T: CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
•1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
•2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
• 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
• 4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
• 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
• 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
• 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
• 8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
• 9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24.05.2019 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 03.06.2019 17:00 qədər Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 04.06.2019 11:30 tarixindəBakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-04-25

25 aprel 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbəsinin sakinləri ilə 313 saylı tam orta məktəbin akt zalında  səyyar görüşü  keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-04-18

18 aprell 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon S.Məmmədova küçəsi, 207 saylı binanın həyətində  "Açıq mikrofon" görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-04-11

11 aprel 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 1 nömrəli sahə inzibati ərazi dairəsinin sakinləri ilə 102 saylı MKİS-in inzibati binasında  səyyar qəbulu  keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Artıq 10.000.000-luq ölkəyik!
2019-04-06

7 aprel saat 18:00-da Heydər Əliyev adına mədəniyyət və istirahət parkında hər birinizi 10.000.000-luq ölkə olmağımızın təntənəsini qeyd etməyə dəvət edirik. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-04-04

04 aprel 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri  qəsəbəsinin sakinləri ilə 284 saylı tam orta məktəbin akt zalında səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

2019-04-03
Hörmətli gənclər!

Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə Azərbaycan Respublikasının “Könüllü fəaliyyət haqqında” Qanununa müvafiq olaraq Binəqədi Rayon İcra Hakimiyyətində könüllü əsaslarla fəaliyyət göstərmək arzusunda olan 18-28 yaşlı gəncləri “Sən də Könül ver” layihəsinə dəvət edir.
Namizədlər üçün tələblər:
İntizamlılıq;
Xoşrəftarlılıq;
Ünsiyyətcillik;
Operativlik;
Kollektivdə işləmək bacarığı;
Təşkilatçılıq;
Təşəbbüskarlıq;
Kompüter bacarığı;
Könüllülük fəaliyyətinin müddəti: 2 ay
Könüllülük fəaliyyəti 2 növbədə təşkil olunur:
- 09:00-13:00 – birinci növbə
- 14:00-18:00 – ikinci növbə
Könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir.
Könüllü olmaq istəyən gənclər bu linkə:
/storage/files/files/Anket%20k%C3%B6n%C3%BCll%C3%BC.pdf daxil olmaqla, özləri haqqında məlumatı (CV) göndərə bilərlər:
-Email: sendekonulver@binegedi-ih.gov.az
-Facebook:https://www.facebook.com/bineqedirayonu.1/
- Əlaqə telefonları: (+994 12) 562-48-32 (daxili 504); (+994 77)487-50-00

xxx

Qaz təchizatının dayandırılması
2019-03-29

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən,Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bağ-Park küçəsində əhalinin qaz təchizatının yaxşılaşdırılması üçün çəkilmiş PE-315 mm-lik qaz xəttinin yeni mənbəyə qoşulması ilə əlaqədar 29.03.2019-cu il tarixdə saat 10.00-dan etibarən Alatava QPS-də Tbilisi prospekti ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində qaz təchizatı dayandırılacaqdır. Bununla əlaqədar 6,7,8,9-cu mikrorayon, Biləcəri qəsəbəsi, Xutor yaşayış massivi və M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsində qaz təchizatı dayandırılacaqdır.
Binəqədi Rayon İcra Hakimiyyəti könüllü əsaslarla fəaliyyət göstərmək arzusunda olan 18-28 yaşlı gəncləri “Sən də Könül ver” layihəsinə dəvət edir.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-03-28

28 mart 2019-cu il tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 28 May qəsəbəsinin sakinləri ilə 306 saylı tam orta məktəbin akt zalında səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Binəqədi rayonunda Novruz Bayramı münasibətilə bayram şənliyi təşkil olunacaqdır
2019-03-15

Hörmətli sakinlərimiz, dəyərli səhifə izləyiciləri!
Hər biriniz 20 mart saat 16:00 da Binəqədi rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkına dəvətlisiniz.
(Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, Heydər Əliyev adına istirahət parkı)

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-03-14

14 mart 2019-cu il tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə 30 saylı tam orta məktəbin akt zalında səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-03-07

07 mart 2019-cu il tarixində, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi 21, əhalinin kütləvi tədbirlər evində səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Binəqədi rayonunda Novruz Bayramı münasibətilə yarmarka keçirilir
2019-03-01

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkənin bütün şəhər və rayonlarında mart ayının 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, mart ayının 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları 7-ci mikrorayon A.Kunanbayev küçəsində keçiriləcəkdir.
Binəqədi rayonunda təşkil edilən yarmarkalarda Abşeron, Ağcabədi və Qax rayonlarından olan fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazarlardan fərqli olaraq ucuz qiymətlərə təklif edilir.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-02-28

28 fevral 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsinin sakinləri ilə 314 saylı tam orta məktəbin akt zalı səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Qaz təchizatının dayandırılması
2019-02-27

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, Nərimanov rayonu TİX-nin ərazisində qaz xətlərində aparılan təmir işləri ilə əlaqədar 27.02.2019-cu il tarixdə saat 10:00-dan işlər qurtaranadək 11 saylı İƏM ölçü qovşağından qaz təchizatı dayandırılacaqdır. Bununla əlaqədar 7,8-ci mikrorayonların bir hissəsi,Dərnəgül yaşayış massivi,Azadlıq prospektində qaz təchizatı dayandırılacaq M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsində qaz təchizatının verilməsində zəifləmə olacaqdır.

xxx

“Qan ver, həyat qurtar” şüarı altında qanvermə aksiyası keçiriləcəkdir
2019-02-27

28 fevral 2019-cu il tarixində Binəqədi rayonu 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında Heydər Əliyev Fondu, Gənclər və İdman nazirliyi, Səhiyyə nazirliyi, Respublika Talassemiya Mərkəzi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” - “Qan ver, həyat qurtar” şüarı altında qanvermə aksiyası keçiriləcəkdir.
Aksiya zamanı yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Məlumat üçün qeyd edək ki, ölkəmizdə iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyindən əziyyət çəkən insan var. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin istənilən vaxtda əlçatan olması üçün qanvermə aksiyalarıda iştirak etməyiniz bu xəstəlikdən əziyyət çəkənlərə böyük dəstəkdir.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-02-21

21 fevral 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə  244 saylı tam orta məktəbin akt zalında "Açıq qapı" görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Əhalinin tibbi müayinədən keçirilməsi haqqında
2019-02-15

Dəyərli sakinlərimiz, hörmətli səhifə izləyiciləri!
Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi işi rayonumuzda da uğurla həyata keçirilməkdədir.
Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiya fevralın 11-dən may ayının 1-dək davam etdiriləcək.
Binəqədi rayonunda Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanası, Xocasən Sağlamlıq Mərkəzi, 9, 10, 15, 25, 27 və 35 saylı şəhər poliknikalarında sizlərin tibbi-proflaktik müayinədən keçirilməyiniz üçün hərtərəfli şərait yaradılıb.
Əziz sakinlərimiz! Hər birinizi sağlamlığınızı qorumaq naminə bu aksiyadan yararlanmağa dəvət edirik.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-02-14

14 fevral 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbəsinin sakinləri ilə 182 saylı tam orta məktəbin akt zalında səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu
2019-02-07

Əziz sakinlərimiz və dəyərli izləyicilərimiz!
07 fevral 2019-cu il  tarixdə, saat 16:00-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon, F.Məlikov küçəsi 12 ünvanında yerləşən  əhalinin kütləvi tədbirlər evində səyyar görüşü keçiriləcəkdir.
Maraqlanan sakinlər iştirak edə bilərlər.

xxx

Qaz təchizatının dayandırılması
2019-02-01

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, Binəqədi rayonu Azadlıq prospektində orta təzyiqli qaz xəttində baş vermiş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar 01.02.2019-cu il tarixdə saat 10:00-dan işlər qurtaranadək daxildən qaz təchizatı dayandırılacaqdır. Bununla əlaqədar 8-ci mikrorayon, M.Ə.Rəsulzadə qəsəbəsi və Xutor yaşayış massivində qaz təchizatı dayandırılacaqdır.

xxx

Qaz təchizatının dayandırılması
2019-01-25

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, Binəqədi rayonu, Binəqədi yolu DYP-nin yanında yüksək təzyiqli yerüstü qaz xəttinin yuxarı qaldırılması ilə əlaqədar 25.01.2019-cu il tarixdə saat 10:00-daş işlər qurtaranadək Xırdalan BMSK ölçü qovşağından qaz təchizatı dayandırılacaqdır.Bununla əlaqədar Biləcəri qəsəbəsinin bir hissəsi,Vulkan ərazisi və Söyüdlər məhəlləsi qazsız qalacaq.

xxx

Qaz təchizatının dayandırılması
2019-01-24

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, Binəqədi rayonu Novxanı QPS-dən qidalanan qaz kəmərində qaz sızmasının aradan qaldırılması məqsədilə 24.01.2019-cu il tarixdə saat 09:00-dan işlər qurtaranadək Novxanı QPS-dən qaz təchizatı dayandırılacaqdır.Bununla əlaqədar Gülüstan yaşayış massivi və Binəqədi kəndinin bir hissəsi qazsız qalacaq.

xxx

Qaz təchizatının dayandırılması
2019-01-22

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən,Binəqədi rayonu Gülüstan yaşayış massivində qaz kəmərində qaz sızmasının aradan qaldırılması məqsədi ilə 22.01.2019-cu il tarixdə saat 11.00-da Novxanı QPS-dən qaz təchizatı dayandırılacaqdır.Bununla əlaqədar Gülüstan yaşayış massivi və Binəqədi kəndinin bir hissəsi qazsız qalacaq.

xxx

Kəskin hava şəraiti ilə əlaqədar
2019-01-16

Hörmətli sakinlər!
Diqqətinizə çatdırırıq ki, yanvar ayının 17-də hava şəraitinin kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 25 -40 m/s-dək şiddətlənəcəyi gözlənilir.Havanın temperaturunun 2 dərəcəyədək enəcəyi gözlənilir.
Yağıntının sulu qara, qara keçəçəyi, yanvar ayının 17-dən 18-ə keçən gecə şəhər ətrafı ərazilərin buz bağlama ehtimalı var.
Qeyri sabit hava şəraiti ilə əlaqədar diqqətli olmağınızı, ağacların yanında nəqliyyat vasitələrini saxlamamağınızı və tikinti gedən yerlərdə təhlükəsizlik qaydalarına riayət etməyinizi Sizdən xahiş edirik.

xxx

Qaz təchizatının dayandırılması
2019-01-15

Binəqədi Texniki İstismar Xidmətindən verilən məlumata əsasən, Binəqədi rayonu Cavadxan küçəsi Zərifə Əliyeva adına Göz xəstəlikləri institutuna məxsus orta təzyiqli yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi və qaz xəttinin yeni mənbəyə qoşulması ilə əlaqədar 15.01.2019-cu il tarixdə saat 10:00-dan etibarən "Alatava" QPS-də və "Tbilisi prospekti" ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində qaz təchizatı dayandırılacaqdır. Bununla əlaqədar 6, 7, 8, 9-cu mikrorayonlarda, Biləcəri qəsəbəsinin bir hissəsində, Baksol, Motodrom yaşayış massivində və M.Ə.Rəsulzadə qəsəbəsində qaz təchizatı dayandırılacaqdır.
 
Keçidlər