Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin üçüncü rübü

DEMOQRAFİK VƏZİYYƏT

2017-ci il oktyabr ayının 1-i vəziyyətinə Binəqədi rayonunun əhalisi 264,3 min nəfərə çataraq ilin əvvəlindən 1,9 min nəfər və ya 0,7 faiz artmışdır.Rayonun ərazisi 0,17 min kvadrat kilometrdir, əhalinin sıxlığı bir kvadrat kilometrə 1554 nəfər olmuşdur. 2017-ci ilin yanvar sentyabr  aylarında Binəqədi rayonu üzrə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş vermişdir.

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri

Göstəricilər Yanvar -sentyabr aylarında
Nəfər əhalinin hər 1000 nəfərinə
2017-ci il 2016-cı il 2017-ci il  2016-cı il
Doğulanlar  2751 3017 14,0 15,4
Ölənlər  1086 943 5,5 4,8
Təbii artım  1665 2074 8,5 10,6
Nikahlar  1469 1515 7,5 7,7
Boşanmalar 456 401 2,3 2,0

2017-ci ilin yanvar-sentyabr aylarında rayonda 2751 doğulmuş körpə qeydə alınmışdır və bu göstərici əhalinin hər 1000 nəfərinə hesabı ilə keçən ilin müvafiq dövrü ilə müqayisədə 15,4-dən 14,0 qədər enmişdir. Cari ilin yanvar-sentyabr ayları ərzində 1086  ölüm halı qeydə alınmışdır ki,bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 4,8-dən 5,5-ə yüksəlmişdir. 2017-ci ilin yanvar-sentyabr  aylarında Binəqədi rayonunda 1469 nikah və 456 boşanma halları qeydə alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,7-dən 7,5-ə enmiş, boşanmaların sayı isə 2,0-dan 2,3-ə qalxmışdır.

Qaçqınların sayı və tərkibi haqqında 01.10.2017-ci il tarixində məlumat

  Ailələrin sayı Şəxslərin sayı Kişi  Qadın
Binəqədi rayonu üzrə cəmi 2768 15577 7569 8008

 

  0-5 yaşında 6-15 yaşında 

Əmək qabiliyyətli

yaşda

Onlardan

işlə

təmin

olunmuşdur

Əmək

qabiliyyətli 

yaşdan yuxarı

Binəqədi rayonu üzrə cəmi  1415 3120 8841 4001 2201

Məcburi köçkünlərin sayı və tərkibi haqqında 01.10.2017-ci il tarixinə məlumat

  Ailələrin sayı Şəxslərin sayı Kişi  Qadın

Binəqədi rayonu cəmi

7829 30228 14657 15571

 

  0-5 yaşında 6-15 yaşında

Əmək

qabiliyyətli

yaşda 

Onlardan 

işlə təmin

olunmuşdur

Əmək

qabiliyyətli

yaşdan yuxarı

Binəqədi rayonu üzrə cəmi 4785 6161 16258 3471 3024

Məcburi köçkünlərin tərk etdikləri rayonlar və yaşayış məntəqələri üzrə sayı (01.10.2017)

Tərk etdiyi rayonun və yaşayış məntəqəsinin adı Ailələrin sayı Şəxslərin sayı
Ağdam  2056 7845
Füzuli  1693 6628
Qubadlı 373 1300
Cəbrayıl 863 3311
Laçın  571 2450
Zəngilan 1150 4213
Şuşa 470 1851
Kəlbəcər 371 1414
Xocalı 191 813
Xocavənd 91 403
Cəmi 7829 30228

 

Keçidlər