Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin 9 ayı

 
Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın 2017-ci ilin 9 ayında apardığı işlərin hesabatı
 
2017-ci ilin 9 ayı ərzində komissiyanın icraatına cəmi 530 (2016-cı ilin müvafiq dövrü -522) sənəd daxil olmuşdur ki, onlardan 441-i (431) idarə, müəssisə və digər təşkilatlardan daxil olan məktublar, 89-u (91) vətəndaşlardan daxil olan müraciətlərdir.
Qəyyumluq və himayəçilik komissiyasının fəaliyyətinə aid olan məsələlərlə bağlı:
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73-cü maddəsinə əsasən məhkəmə¬lərdən uşaqların tərbiyəsi ilə bağlı mübahisələrə baxılması ilə əlaqədar rəy verilməsi üçün komissiyanın icraatına 121 mülki iş daxil olmuşdur. Onlardan 103-ü üzrə müvafiq rəylər verilmiş, 9-u üzrə rəy verilməsi mümkün olmamış (tərəflərin barışması ilə əlaqədar), 9-u komissiyanın icraatındadır.
Komissiyaya daxil olan digər sənədlərdən, 122-i məhkəmə və icra şöbəsində maraqlı şəxs qismində iştirak edilməsi barədə bildirişlər, 5-i yetkinlik yaşına çatmayanların mülkiyyətində olan əmlakın qeydə alınması, 12-i tərəflərin mənzil məişət şəraitinin müayinə edilməsi, 65-i məhkəmə orqanlarından  daxil olmuş qətnamə və qərardadların surətləri, 83 ədədi isə digər məsələlərlə bağlıdır.
Vətəndaşlardan cəmi 89 müraciət daxil olmuşdur ki, onlardan 21-i ad və ya soyadın dəyişdirilməsi, 13-ü uşaqlarından ayrı yaşayan valideynin və ya baba və nənənin ünsiyyət hüquqlarının bərpa edilməsi, 1-i nikah yaşının aşağı salınması,  2-i məişət zorakılığı, 12-i  qəyyumluğa götürmə, 7-i uşağın internat məktəbinə yerləşdirilməsi, 2-i müvafiq uşaq müəssisəsindən geri qaytarılma, 3-ü övladlığa uşaq götürməyi arzu edən şəxs qismində uçota alınma, 8-i yetkinlik yaşına çatmayanların mülkiyyət hüquqları olduğu əmlak hissəsi barədə əqdlərin bağlanmasına razılıq verilməsi, 1-i uşağın təhsildən yayınması, 19  ədədi isə digər məsələlərlə bağlıdır.
Komissiya tərəfindən cari il ərzində 342 vətəndaş qəbul edilərək müraciətlərində qaldırdıqları məsələlərlə bağlı müvafiq izahatlar verilmişdir.
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın fəaliyyəti ilə bağlı 83 uşaq barəsində cəmi 33 sənəd daxil olmuşdur. Onlardan 4-ü (40 uşaq) dərsdən yayınma,  3-ü (3 uşaq) əməyin istismarı, 4-ü (14 uşaq) məktəbdə nizam-intizam qaydalarının pozulması, 3-ü (5 uşaq) xırda xuliqanlıqla, 4-ü (5 uşaq) avaralıq, dilənçilik, tüfeyli həyat tərzi sürməklə, 6-ı polis orqanından YYÇ-lar barəsində FPİ açılması barədə (məlumat xarakterli), 9-u isə digər məsələlərlə  bağlı olmuşdur. Həmin işlərə komissiya tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq baxılaraq uşaqlar və onların valideynləri barəsində “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin 9-cu və 10-cu maddələrinə əsasən intizam təsir tədbirləri görülmüş, habelə övladlarının təlim-tərbiyəsi ilə lazımınca məşğul olmadıqlarına görə 3 valideyn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə əsasən  müvafiq qərarlar qəbul edilmişdir.
Müvafiq dövr ərzində Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, valideyn himayəsindən məhrum olan uşaqların ilkin uçotu aparılmış və 19 valideyn himayəsindən məhrum olmuş uşaq aşkar edilmişdir. İlkin uçota götürülmüş 19 valideyn himayəsindən məhrum olmuş uşaqlardan 12-i üzərində Azərbayçan Respublikası Ailə Məcəlləsinin 136-cı maddəsinə uyğun olaraq qəyyum təyin edilmiş, 7 uşaq isə müvafiq internat müəssisəsinə yerləşdirilmişdir.
Hazırda Qəyyumluq və himayəçilik komissiyasında qeydiyyata alınmış və üzərlərində qəyyum təyin edilmiş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sayı 79 nəfər təşkil edir. Komissiya üzvləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq qəyyumluğa verilmiş uşaqların ailələrinə nəzarət xarakterli səfərlər edilir, onların saxlanılması, təhsili və yaşayış şəraiti yoxlanılır.
 
Keçidlər