Şriftin ölçüsü :

Saytın rəngi :

Risk qrupu kateqoriyasına aid olan sosial təhlükəli vəziyyətdə olan ailələrin ünvanlarına mütəmadi olaraq reydlər keçirilir

 
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclasının “İctimai-siyasi,təbliğat işlərinin təşkili və ideoloji işin təkmilləşdirilməsi”nə dair 31.05.2017-ci il tarixli 14 nömrəli Qərarı ilə təsdiq edilmiş Tədbirlər Planın 54-cü bəndinin icrası ilə əlaqədar olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və Binəqədi Rayon Polis İdarəsinin birgə əməkdaşlığı ilə risk qrupu kateqoriyasına aid olan sosial təhlükəli vəziyyətdə olan ailələrin ünvanlarına mütəmadi olaraq reydlər keçirilir.
Belə ki, 22 sentyabr 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Orxan Əliyev, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis bölməsinin polis sahə rəisi, polis mayoru Oruc Mirzəyev və Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru, mayor Cəfər Adıgözəlov tərəfindən vətəndaş Sultanova Ayna Mixail qızının yetkinlik yaşına çatmayan övladları 20.03.2014-cü il təvəllüdlü Aliyə Sultanova və 05.07.2015-ci il təvəllüdlü Murad Sultanovu nəzarətsiz və baxımsız vəziyyətdə saxlayaraq, onları avaraçılığa və dilənçiliyə məcbur etməsi, habelə onların təlim-tərbiyələri ilə məşğul olmaması barədə daxil olmuş məlumata əsasən onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağamalıoğlu küçəsi, ev 4 ünvanına baxış keçirilərək, müvafiq akt tərtib edildi.
Hal-hazırda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması istiqamətində hüquqi tədbirlər görülür. 
 
 
 
 
Keçidlər