Şriftin ölçüsü :

Saytın rəngi :

MY BEACH

"My beach"

Ailəvi əyləncə kompleksi mehmanxana tiplidir. Bakı şəhəri, Novxanı qəsəbəsi, Xəzər dənizinin sahilində yerləşir.Mərkəzdə standart otaqlar, ailəvi müştərilərə üçotaqlı lüks nömrələr, eləcə də mətbəxli lüks kotteclər təklif olunur. Avropa və milli mətbəximizin kulinariya incilərini təqdim edən restoranlarımız dənizin tam kənarında, dalğaların ahəngində, ləziz və geniş seçimli menyu ilə istirahətinizi daha yadda qalan edəcək. Respublikada analoqu olmayan böyüklükdə çimərlik,  möhtəşəm və irihəcmli böyüklər üçün atraksionlu hovuz , eyni zamanda kiçiklər üçün əyləncə hovuzu, gəzinti hovuzu, surfing üçün dalğa hovuzu, uşaqlar üçün əyləncə parkı, istirahətiniz üçün hər cür şəraitlə təmin olunan kotejlər, aramsız calı muqisi, çimərliyin hər yerindən görünən konsert səhnəsində yerli və xarici müğənnilərin ifası sizə əsl əyləncə həzzi yaşadacaq. Təcrübəli və peşakar personalı ilə qulluğunuzda hazır olan "MY BEACH" sizə yüksək keyfiyyətin münasib qiymətini təklif edir.

Keçidlər