Şriftin ölçüsü :

Saytın rəngi :

9 nömrəli Bakı Peşə Liseyinin IT STEP Akademiyası

2016-cı ildə əsaslı təmir olunmuş, ümumi sahəsi 2750 kvadratmetrdən çox olan 9 nömrəli Bakı Peşə Liseyinin tədris korpusunda 2016-cı dərs ilindən IT STEP akademiyası fəaliyyət göstərir.
IT STEP akademiyası 1998-ci ildə yaradılıb və hazırda dünyanın 16 ölkəsində 44 filialı var. Akademiyada 3 ixtisas sahəsi - kompüter qrafikası və dizayn, proqram təminatı, şəbəkə texnologiyası üzrə mütəxəssislər hazırlanır. Tədris prosesi 1900 akademik saatdan ibarətdir və 2 il yarım çəkir. IT STEP-i bitirən müdavimlərə diplomla yanaşı, “Cisco Microsoft” və “Autodesk” şirkətlərinin sertifikatları da verilir.
Bakıda fəaliyyətə başlayan akademiyada 8 yaşından 55 yaşınadək 2100 şəxs təhsil ala bilər. Akademiyada 17 kompüter sinfi, robot texnikası, bədii studiya, qrafik dizayn və fotostudiyadan ibarət 4 ixtisaslaşdırılmış laboratoriya fəaliyyət göstərir.
14 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 9 nömrəli Bakı Peşə Liseyinin IT STEP Akademiyasında yaradılan şəraitlə tanış olmuşdur.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 70
Telefon: (012) 599 11 59
www.itstep.az

Keçidlər