Şriftin ölçüsü :

Saytın rəngi :

“Avtovağzal” metro stansiyası

Tikintisinə 2009-cu ilin sentyabrında başlanılan “Avtovağzal” stansiyası platformadan, 2 vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin üzərində quraşdırılmış iki piramidadan ibarətdir. Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travelator qoyulub. Fiziki imkanları məhdud insanların istifadəsi üçün burada lift quraşdırılıb.Biləcəri qəsəbəsində yaşayan sakinlərin rahatlığını təmin etmək üçün Bakı-Sumqayıt avtomobil yolunun altından keçid inşa edilib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinə isə iki keçid quraşdırılıb. Digər beş çıxış isə “Avtovağzal” stansiyası kompleksinin ərazisində yerləşir.Stansiyanın inşası zamanı əsasən yerli xammaldan istifadə olunub.
19 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Metropoliteninin yeni xəttinin “Avtovağzal” stansiyasının açılışında iştirak edib.

Keçidlər