Şriftin ölçüsü :

Saytın rəngi :

“Dərnəgül” metro stansiyası

Bakının 7-ci mikrorayonu ərazisində yerləşən “Dərnəgül” stansiyası paytaxt metrosunun sayca 23-cü stansiyasıdır. “Azadlıq prospekti” stansiyasının davamı olaraq Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində inşa edilən “Dərnəgül” 7-ci mikrorayon yaşayış massivini əhatə edir.
Stansiyaya daxil olmaq üçün iki yeraltı keçid və dörd giriş-çıxış vardır.
Stansiyanın buraxılış kompleksinin ümumi uzunluğu 1548, stansiya kompleksinin ümumi uzunluğu isə 302 paqonometrdir. Müasir üslubda inşa olunmuş stansiya bədii-memarlıq tərtibatı ilə diqqəti cəlb edir. Obyektdə platforma döşəməsinin və yol divarlarının ornamentlərinin işlənməsində Azərbaycan memarlıq ənənələri əsas götürülmüşdür. Stansiyada üzlənmə işləri görülərkən Ukrayna, Türkiyə və Hindistandan gətirilən təbii mərmər və qranitdən istifadə olunmuşdur.
“Dərnəgül” stansiyasında platformadan kassa zalına çıxış üçün Almaniya istehsalı olan üç eskalator quraşdırılmışdır. Stansiyanın platformasında yeni tipli elektron interval saatları da müasirliyi ilə seçilir.
29 iyun 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Metropoliteninin “Dərnəgül” stansiyasının açılışında iştirak etmişdir.

Keçidlər