Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Əlillərin Bərpa Mərkəzi

Respublika Əlillərin Bərpa Mərkəzi 1986-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Cənubi Qafqazda bu sahədə ilk tibb ocağı kimi fəaliyyətə başlayıb.
Prezident İlham Əliyevin 2015-ci il martın 16-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti yaradılıb. Respublika Əlillərin Bərpa Mərkəzi hazırda həmin xidmətin tərkibində fəaliyyət göstərir. Mərkəz yarandığı gündən bu günədək respublikada olan bütün əlillərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə sağlamlıqlarını itirmiş Qarabağ müharibəsi əlillərinin, 20 Yanvar, Çernobıl, Əfqanıstan hadisələri zamanı əlil olmuş insanların müayinə və müalicəsində yüksək peşəkarlıq göstərir. Mərkəzdə fizioterapiya və psixoloji korreksiya, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələri var.
Mərkəzdə 16 yaşdan yuxarı bütün kateqoriyalardan olan əlillərə xidmət göstərilir. Mərkəz il ərzində 1000 nəfərə yaxın əlilin reabilitasiya və müalicəsi ilə məşğul olur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 sentyabr 2015-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılış mərasimində iştirak etdi.

Keçidlər