Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti

Ümumi sahəsi 4 min kvadratmetr olan beşmərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Binadakı otaqların hamısı müasir tələblər səviyyəsində qurulub. Heydər Əliyev adına parkın qərb hissəsində yerləşən binanın fasadının ağ rəngli yerli tikinti materialları ilə üzlənməsi onun görkəminə xüsusi yaraşıq verir. Binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulub, divarda Binəqədi rayonunun inzibati xəritəsi asılıb. İş otaqlarının arakəsmələrində şəffaf, interyerdə isə Avropa ölkələrində istehsal olunan materiallardan istifadə edilib.
İnzibati binada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki şərait yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 iyul 2013-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış oldu.

 
Keçidlər