Şriftin ölçüsü :

Saytın rəngi :

BİNƏQƏDİ RAYON MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI BİRLİYİ

      Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 09 fevral 1996-cı il tarixli, 200 saylı Sərəncamı və Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 01 mart 1996-cı il tarixli, 149 saylı Sərəncamına əsasən yaradılmışdır.
         Birlik tabeliyində 10 Mənzil-Kommunal İstismar Sahəsi və Təmizlik Sahəsinin rəhbərlik orqanı kimi, hüquqi şəxs hüquqlarından istifadə edir, müstəqil balansa, bank hesablarına və digər hesablara malik olub, qismən büdcədən maliyyələşdirilməklə, təsərrüfat hesabı əsasında fəaliyyət göstərir, öz işində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Binəqədi Rayon İcra Hakimiyyətinə tabedir.
           Birlik öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını və digər normativ aktları, Bakı Şəhər İcra Hakimiyyətinin və müvafiq struktur bölməsinin qərar və sərəncamlarını, Binəqədi Rayon İcra Hakimiyyətinin qərar və sərəncamlarını, habelə, 24 noyabr 1999-cu il tarixdə təsdiq olunmuş nizamnaməsini rəhbər tutur.
           Binəqədi Rayon MKTB-nin məqsəd və vəzifələri:

      -xidməti ərazisində yerləşən binalarda mənzil fondunun tərkib hissəsi olan yaşayış və qeyri-yaşayış sahələrinin mühəndis-texniki qurğularının saxlanması və cari təmiri;
             -yaşayış binalarında yaşayış və qeyri-yaşayış sahələrini təyinatı üzrə istifadəsinə nəzarət etmək;
             -xidməti ərazisinin sanitar təmizliyini tabeliyindəki sahələrin gücü ilə təmin etmək;
             -xidməti və digər təhkim olunduğu ərazilərdə məişət tullantılarının daşınmasını təşkil etmək;
        -əhali və müxtəlif obyektlərdən (iaşə, kommersiya, müxtəlif dövlət və qeyri-dövlət qurumlarından) göstərilən xidmətin haqqını yığıb, aidiyyatı üzrə ödənişi yerinə yetirmək.

     Binəqədi Rayon MKTB-nin xidməti ərazisi və binaların dislokasiyası:
         Birlik 61700 nəfərə xidmət etməklə ərazisi 6, 7, 8, 9-cu mikrorayonları, Naxçıvani küçəsini, Dərnəgül yaşayış massivini, Biləcəri və Binəqədi qəsəbəsinin məhdud sahəsini əhatə edir.
          Rayon MKTB-nin balansında 111 ədəd birmərtəbəli, 11 ədəd ikimərtəbəli, 2 ədəd üçmərtəbəli, 6 ədəd dördmərtəbəli, 86 ədəd beşmərtəbəli, 2 ədəd yeddimərtəbəli, 159 ədəd doqquzmərtəbəli, 5 ədəd onmərtəbəli, 6 ədəd on iki mərtəbəli, 7 ədəd on altı mərtəbəli və 1 ədəd on səkkiz mərtəbəli bina yerləşir.

    Binəqədi Rayon MKTB-nin struktur bölmələri:                                                                                                      Birlikdə bir aparat və on iki sahə olmaqla, ümumilikdə 800-dən yuxarı işçi çalışır.

     Aparat: rəis, baş mühəndis, rəisin müavini olmaqla dörd şöbədən (Ümumi şöbə, Mühasibatlıq, Mənzil Təsərrüfatının İstismarı və Kommunal Təsərrüfat şöbələri) ibarətdir.

     Xidməti sahələri: 1 saylı MKİS, 72 saylı MKİS, 79 saylı MKİS, 80 saylı MKİS, 92 saylı MKİS, 95 saylı MKİS, 102 saylı MKİS, 106 saylı MKİS, 107 saylı MKİS, 108 saylı MKİS və Nəqliyyat Sahəsindən ibarətdir.         

    Birliyin rəhbərliyi:

        Birliyin rəisi: Zamanov Elmin Elbəyi oğlu
              Rəis müavini: Əbdürəhmanov Qasım Aslan oğlu
              Baş mühəndis: Əliyev Vəli Əli oğlu
              

       Ünvan: Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Ə.Məmmədov küçəsi-10
             Telefon: 447-21-32; 412-40-57
             Faks: 447-21-32

 Rayon ərazisində Azərbaycan Dövlət Neft Şirkəti Sosial Xidmətlər İdarəsinin 5 və 6 saylı Mənzil-Kommunal İstismar Sahələri, 78, 113, 145 və 154 saylı Xüsusi  Təyinatlı MKİS-ləri və Müdafiə Nazirliyinin Mənzil-Kommunal İstismar Sahəsi əhaliyə xidmət göstərir.

Qəbul qrafiki

Vəzifəsi  Soyadı,adı və atasının adı  Əlaqə telefonları  Qəbul gunləri və saatları
Rəis Zamanov Elmin Elbəyi oğlu (012) 412-40-57 II gün saat 1000-1300
Rəis müavini Əbdürəhmanov Qasım Aslan oğlu (012) 447-21-32 III gün saat 1000-1300
Baş mühəndis Əliyev Vəli Əli oğlu (012) 447-21-32 IV gün saat 1000-1300

 

Keçidlər