Şriftin ölçüsü :

Saytın rəngi :

2 NÖMRƏLİ SAHƏ İNZİBATİ ƏRAZİ DAİRƏSİ

“Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (458-IVQ nömrəli 2 noyabr 2012-ci il) tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 29 noyabr 2012-ci il tarixli Sərəncam imzalanmışdır. Həmin Sərəncama müvafiq olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 7 dekabr 2012-ci il tarixdə 247 saylı sərəncamı ilə  Bakı şəhəri Binəqədi rayon inzibati ərazi vahidi tərkibindəki Binəqədi rayonu ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində 6 və 9-cu mikrorayonların əhatə etdiyi ərazidə 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradılmışdır.

2 nömrəlilı nömrəli inzibati ərazi dairəsi 6 və 9-cu mikrorayonların ərazisini əhatə edir. İnzibati dairənin ərazisinin sahəsi 1,3 km2, əhalisi 28 min nəfərə yaxındır. İnzibati ərazi dairəsinin ərazisində müəllimlərin Təkmilləşdirmə İnstitutu, FHN-nin yanğından Mühafizə Xidməti, Binəqədi Rayon Enerji Təchizatı və Enerji Satış İdarəsi, 15 saylı istilik sistemləri istismarı sahəsi, akademik Zərifə Əliyevanın adına park, metronun “Nəsimi” stansiyası yerləşir. Ərazisində 4 orta məktəb - 144, 157, 246, 267 saylı məktəblər; 7 məktəbəqədər uşaq müəssisəsi – 141, 153, 159, 210, 219, 238 və 266 saylı uşaq bağçaları; 5 səhiyyə müəssisəsi – Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya mərkəzi,  Respublika əlillərin bərpa mərkəzi, 9, 21 və 27 saylı poliklinikalar, 1 özəl tibb müəssisəsi – “El Med” klinikası, 4 kommunal xidmət müəssisəsi – 79, 92, 95 və 108 saylı müəssisələr fəaliyyət göstərir. Eyni zamanda ərazidə 32 saylı Dövlət notariatı, 147 saylı Poçt şöbəsi, 7-ci polis bölməsi, FHN-nin Yanğın Nəzarəti Xidməti, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, Leyla, Tərlan , Ceyhun,  Anar,  Üzeyir, Sona və Sonalar sonası şadlıq sarayları, “Favorit”, “Sarı”, “Abşeron” və “Bol” marketlər, “Kitablı” MTK, “Eviniz tikilsin” MTK,” Yayla” MTK və “Lider inşaat” MTK yerləşir.
 
2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik 7 dekabr 2012-ci il tarixdə yaradılmış, işçilərin sayı 4 nəfərdir.
2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə: Şükürova Dilbər Fariz qızı
Ünvan: Binəqədi rayonu 9-cu mikrorayon A.Məmmədov küçəsi-119
Telefon: (012) 569-21-74


 

Keçidlər