Şriftin ölçüsü :

Saytın rəngi :

Əlimərdanov Elvin İlham oğlu

Soyad: Əlimərdanov
Ad: Elvin
Ata adı: İlham
Doğum tarixi: 12.12.1994
Şəhid olub: 16.10.2020
Rütbə: Əsgər
Təltifləri:

 

Snayper Elvin Əlimərdanov Suqovuşanda göyün yeddinci qatında ucalıb... Ramil Abdullayev:“Təsəllimiz odur ki, Azərbaycan ordusu zəfər qazandı və bacımın yeganə övladı Elvinin qanı yerdə qalmadı, qəhrəman əsgərlərimiz onun qanını düşməndən artıqlaması ilə aldılar”.

“O müharibəyə könüllü gedib”.Bütün şəhidlərin taleyi bir-birinə bənzəyir, yarımçıq, nakam... Bu bənzər ömürləri bir-birinə daha sıx birləşdirən bir özəllik var-qəhrəmanlıq, Vətən uğurunda gözünü qırpmadan canını fəda etmək. 44 günlük Vətən müharibəsi Azərbaycan oğullarının səbrinin və qeyrətin sınağa çəkildiyi bir savaşdır.

Elvin əsgərlikdə kəşfiyyatçı-snayper olmuşdu, çox sərrast atıcı idi. O oktyabrın 20-si şəhid olub.İkinci Fəxri Xiyabanda dəfn olunub...

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elvin Əlimərdanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

memorial.az/az/qehremanlarimiz/751

Keçidlər