Şriftin ölçüsü :

Saytın rəngi :

Feyzizadə Toğrul İlqar oğlu

Soyad: Feyzizadə
Ad: Toğrul
Ata adı: İlqar
Doğum tarixi: 15.04.2002
Şəhid olub: 06.11.2020
Rütbə: əsgər
Təltifləri:

 

Feyzizadə Toğrul İlqar oğlu 2002-ci il aprelin 15-də Səbail rayonunun Bayıl qəsəbəsində İlqar və Günel Feyziyevlərin ailəsində anadan olub. 2008-2019-cu illərdə Səbail rayonunun A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəbində təhsil alıb.

2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Toğrul Feyzizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Feyzizadə noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub.

Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Toğrul Feyzizadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi.

memorial.az/az/qehremanlarimiz/1379

Keçidlər