Şriftin ölçüsü :

Saytın rəngi :

Məlikov Elvin İlham oğlu

Soyad: Məlikov
Ad: Elvin
Ata adı: İlham
Doğum tarixi: 20.03.2001
Şəhid olub: 02.10.2020
Rütbə: əsgər
Təltifləri:

Məlikov Elvin İlham oğlu 20.03.2001-ci ildə Bakı şəhərində doğulub. Şəhidimiz ailənin ilk övladı olub. İlk təhsilini Bakı şəhərində - Xətai rayon 24 saylı tam orta məktəbdə alıb. Dərslərinə diqqətlə yanaşan Elvin savadlı olmağı ilə seçilib.

Zəhmətkeş və ailəsinə bağlılığı onu yaşıdlarından fərqləndirən əsas xüsusiyyətlərdən biri olub. Elvin 15-16 yaşlarında həm dərslərini oxuyur, universitetə hazırlaşır, həm də işləyərək ailəsinə dəstək olurdu.

Gürcüstanda Beynəlxalq münasibətlər ixtisasında təhsil alsa da, atasının qəfil vəfatından sonra universiteti tərk edib və 19.10.2019-cu ildə hərbi xidmətə yollanıb. XTQ-də xidmət edən Elvin snayperdə yaxşı atıcılıq qabiliyyəti ilə seçilib. Xidmətinə Ağcabədidə başlayan qəhrəmanımız Vətən müharibəsi zamanı ön cəbhədə vuruşub. Füzulinin azad olunması istiqamətində aparılan əməliyyatlarda iştirak edib.

5 gün yatmadan Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Elvin Qaraxanbəyli kəndində gedən döyüşlər zamanı 03.10.2020-ci ildə qəhrəmancasına şəhid olub.

Ölümündən sonra Azərbaycan Prezidenti - Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”“Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

memorial.az/az/qehremanlarimiz/1376

Keçidlər