Şriftin ölçüsü :

Saytın rəngi :

Qarayev Süleyman Əlbağış oğlu

Soyad: Qarayev
Ad: Süleyman
Ata adı: Əlbağış
Doğum tarixi: 03.07.1995
Şəhid olub: 07.10.2020
Rütbə: Əsgər
Təltifləri:

 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Süleyman Əlbağış oğlu Qarayev 1995-ci il iyulun 3-də Sabirabadın Qalağayın kəndində doğulub.

2001-2012-ci illərdə Sabirabad M.Ə.Sabir adına orta məktəbdə təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit fakültəsinə qəbul olub. 2016-cı ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Şahbuz rayonunda snayperçi kimi həqiqi hərbi xidmətdə olub. 2017-2018-ci ildə Sabirabadda MKT pambıq zavodunda, 2018-2020-ci illərdə "Azərsu"nun Sabirabad bölgəsində mühasib işləyib. Rus və ingilis dillərini yaxşı bilirdi. 

S.Qarayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə qoşulub. Oktyabrın 7-də Ağdamın azadlığı uğrunda qəhrəmancasına döyüşüb və şəhidlik zirvəsinə ucalıb. Doğulduğu Qalağayın kəndində dəfn olunub.

Ailəli idi. 2 oğlu yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Süleyman Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/419

Keçidlər