Şriftin ölçüsü :

Saytın rəngi :

Şirəliyev Niyət İmran oğlu

Soyad: Şirəliyev
Ad: Niyət
Ata adı: İmran
Doğum tarixi: 09.02.1990
Şəhid olub: 28.09.202
Rütbə: Kapitan
Təltifləri:

 

Niyət İmran oğlu Şirəliyev 1990-cı il fevralın 9-da Şamaxı rayonunun Ovçulu kəndində anadan olub. 1996-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb.

Niyət Şirəliyev 2011-2012-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ixtisası üzrə biliklərini artırıb. 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. 2014-cü ildə ona “baş leytenant” hərbi rütbəsi verilib.

Niyət Şirəliyev 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərdə iştirak edib. 2018-ci ildən “kapitan” hərbi rütbəsi altında xidmətini davam etdirirdi. Niyət Şirəliyev 2019-cu ildə Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissənin taboruna tabor komandirinin Maddi-texniki təminat üzrə müavini, 2020-ci ildə “N” saylı hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunur. Niyət Şirəliyev 2020-ci ilin iyul ayında baş tutan Tovuz döyüşlərində iştirak edib.

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Niyət Şirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Niyət Şirəliyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Niyət Şirəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/319

Keçidlər