Şriftin ölçüsü :

Saytın rəngi :

Rəhimli Tural Gəray oğlu

Soyad: Rəhimli
Ad: Tural
Ata adı: Gəray
Doğum tarixi: 27.10.2001
Şəhid olub: 30.09.2020
Rütbə: Əsgər
Təltifləri:

 

Tural Gəray oğlu Rəhimli 27 oktyabr 2001-ci ildə Xırdalan şəhərində dünyaya göz açmışdı. Əslən Laçın rayonunun Korcabulaq kəndindən olan Tural 2007-ci ildə Xırdalan şəhərində yerləşən Laçın rayon 45 saylı orta məktəbin birinci sinfinə getmiş, 2018-ci ildə həmin məktəbin məzunu olmuşdu. Məktəb kollektivinin və sinif yoldaşlarının xatirəsində Vətən sevdalısı, Laçın aşiqi, bayrağa sonsuz sevgisi olan biri kimi qalmışdır.

28 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmışdı. Azərbaycan Ordusunun əsgəri olan Tural Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Rəhimli sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Xocəsən qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin xiyaban kompleksində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Rəhimli ölümündən sonra "Vətən uğrunda""Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/507

Keçidlər