Şriftin ölçüsü :

Saytın rəngi :

Ağayev İlkin Tehran oğlu

Soyad: Ağayev
Ad: İlkin
Ata adı: Tehran
Doğum tarixi: 02.06.1986
Şəhid olub: 08.11.2020
Rütbə: Gizir
Təltifləri:

 

Ağayev İlkin Tehran oğlu 02 iyun 1986-cı ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olmuş və Körpükənd kənd tam orta məktəbində də təhsilini başa vurmuşdur. Azərbaycan Ordusunun giziri olan İlkin Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

İlkin Ağayev 2020-ci il noyabrın 8-də Qubadlı uğrunda gedən döyüşlər zamanı şəhid olmuş və  Zərdab rayonu Körpükənd kəndində dəfn edilmişdir. Ailəli idi, bir övladı var.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İlkin Ağayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə""Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/1853

Keçidlər