Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazanov İlqar Etibar oğlu

Soyad: Ramazanlı
Ad: İlqar
Ata adı: Etibar
Doğum tarixi: 02.11.1994
Şəhid olub: 03.11.2020
Rütbə: Əsgər
Təltifləri:

 

Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də İlqar Ramazanlıdır.

Ramazanlı İlqar Etibar oğlu 2 noyabr 1994-cü ildə anadan olub.

Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı, Qursalı kəndindəndir.

Azərbaycan Ordusunun əsgəri olan İlqar Ramazanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib.

İlqar Ramazanlı 03.11.2020-ci ildə Şuşa uğurunda gedən döyüşlərdə həlak olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İlqar Ramazanlı ölümündən sonra "Vətən uğrunda", “Xocəvəndin azad olunmasına görə”“Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

memorial.az/az/qehremanlarimiz/1984

Keçidlər