Şriftin ölçüsü :

Saytın rəngi :

Ağamalıyev Şəhriyar Əvəz oğlu

Soyad: Ağamalıyev
Ad: Şəhriyar
Ata adı: Əvəz
Doğum tarixi: 28.09.1989
Şəhid olub: 30.09.2020
Rütbə: gizir
Təltifləri:

Şəhriyar Ağamalıyev 1989-cu il sentyabrın 28-də Hacıqabul şəhərində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Şəhriyar Ağamalıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub.

Şəhriyar ixtisasca şərqşünas olsa da, könüllü olaraq hərb sənətinə yönəlib. Şəhriyar İslam Universitetini bitirib, ixtisasca şərqşünasdır.

2017-ci ilin may ayında könüllü zabitlik kurslarına müraciət etmişdi. Zabitlik kursunu bitirdikdən sonra ilk təyinatı Goranboy rayonunda "N" saylı hərbi hissəyə verilmişdir. 2-3 aydan sonra isə kəşfiyyatçı kimi Tərtərdəki xüsusi təyinatlı briqadaya təyinat almışdır.

Şəhriyar taqım komandiri kimi döyüş tapşırığını mükəmməl yerinə yetirdiyi üçün rütbəsini artırmadan bölük komandiri vəzifəsi verilmişdir.

Oktyabrın 30-da Suqovuşanda snayperlə vurulub və şəhid olub.

Hacıqabul rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, Ş.Ağamalıyevin əmisi, Ağamalıyev Daşqın Birinci Qarabağ müharibəsində, 31 yaşında, yəni Şəhriyarla eyni yaşda şəhid olub.

Ailəli idi. Bir oğlu və bir qızı yadigar qalmışdır. Şəhidimizin qız övladı atasının vəfatından sonra dünyaya gəlmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi və şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Şəhriyar Ağamalıyev ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/2455

Keçidlər