Şriftin ölçüsü :

Saytın rəngi :

Eyyubov Tural Yadulla oğlu

Soyad: Eyyubov
Ad: Tural
Ata adı: Yadulla
Doğum tarixi: 02.07.1992
Şəhid olub: 25.10.202
Rütbə: leytenant
Təltifləri:

 

Tural Yadulla oğlu Eyyubov 1992-ci il iyulun 2-də Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub. 1993-cü ilin iyulundan Eyyubovlar ailəsi Rusiyaya köçüb. Tural 1998-2005-ci illərdə Rusiyada təhsil alıb. 2005-2009-cu illərdə isə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsində ali təhsil alıb. Ailəli idi.

Tural Eyyubov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduğdan sonra isə 2014-2015-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə olub və leytenant hərbi rütbəsi alıb.

Turalı hamı vətənpərvər gənc kimi tanıyırdı. O bunu öz davranışları ilə sübut etmişdi. Tural həyatının ən əziz və məsuliyyətli günündə - ailə həyatı qurarkən toyunda Azərbaycan bayrağına sarılmışdı.

Azərbaycan Ordusunun leytenantı Tural Eyyubov 2020-ci il sentyabrın 27-də ərazi bütövlüyümüzün bərpası, işğal altındakı torpaqların azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı leytenant Tural Eyyubiv şəxsi igidlik göstərib. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Eyyubov oktyabrın 25-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Şəhid leytenant Kürdəmir rayonunda dəfn edilib. Toyunda Azərbaycan bayrağına sarılan şəhd leytenant əbədi dünyaya da dövlət bayrağına sarılmış halda köç etdi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Eyyubov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə""Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

hmemorial.az/az/qehremanlarimiz/959

Keçidlər