Şriftin ölçüsü :

Saytın rəngi :

Ağayev Zamin Zülfüqar oğlu

Soyad: Ağayev
Ad: Zamin
Ata adı: Zülfüqar
Doğum tarixi: 11.05.2002
Şəhid olub: 21.10.2020
Rütbə: Əsgər
Təltifləri:

 

Zamin Zülfüqar oğlu Ağayev 11 May 2002-ci ildə Qobustan rayonunun Sündü kəndində anadan olmuş və ailəsi ilə birgə 2003-cü ildə Binəqədi rayonunun Binəqədi kəndinə köçmüşdür. 2008-ci ildə Binəqədi rayonu 182 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. Zamin oxuduğu məktəbdə davranışı, hərəkətləri ilə müəllimlərinin və dostlarının sevimlisi olmuşdu. Məktəbi bitirdikdən sonra 2017-ci ildə Ceyranbatan Peşə liseyinə qəbul olmuş və 2020-ci ildə həmin liseyi yaxşı qiymətlərlə bitirmişdir. Zaminin ailəsi 4 nəfərdən ibarət ibarətdir. O, uşaq olmasına baxmayaraq çox qorxmaz uşaq olub.

Zamin Ağayev 14 İyul 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qobustan Rayon Bölməsindən həqiqi hərbi xidmətə yollanmışdı.

O, hərbi xidmətin ilk günlərindən komandir və rəislərinin bütün tapşırıqlarını yerinə yetirmiş və nümunəvi əsgər kimi kollektivin rəğbətini qazanmışdı. Zamin və əsgər yoldaşları İkinci Qarabağ müharibəsi başlanan ilk gündən - 27 Sentyabrdan  döyüşlərə qatılmışdır. Döyüşlərdə igidlik göstərən Zamin düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdir. O öz igidliyini Cəbrayıl, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə bir daha sübut etdi. Zamin Vətən müharibəsinin ən qızğın dövründə- 20 Oktyabr 2020-ci il tarixində öz silahdaşını xilas edərkən baş nahiyəsindən qəlpə yarası almışdır. Həkimlərin göstərdiyi səylərə baxmayaraq 23 Oktyabr 2020-ci tarixində ən ali Zirvə- Şəhidlik Zirvəsinə ucalmış və doğulduğu Sündü kəndində olan Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi və şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Zamin Ağayev ölümündən sonra "Vətən uğrunda"“Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/1082

Keçidlər