Şriftin ölçüsü :

Saytın rəngi :

Əzizov Elçin Əvəz oğlu

Soyad: Əzizov
Ad: Elçin
Ata adı: Əvəz
Doğum tarixi: 30.03.1985
Şəhid olub: 13.10.2020
Rütbə: Baş leytenant
Təltifləri:

 

Elçin Əzizov 1985-ci il martın 30-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan Elçin Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Əzizov oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Ailəli idi. Üç övladı yadigar qaldı.

Xidməti müddətində Elçin Əzizov  "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı, həmçinin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Binəqədi rayonunda şəhidimizin adına küçə verilmişdir.

memorial.az/az/qehremanlarimiz/705

Keçidlər