Şriftin ölçüsü :

Saytın rəngi :

İbrahimov İbrahim Abdulla oğlu

Soyad: İbrahimov
Ad: İbrahim
Ata adı: Abdulla
Doğum tarixi: 10.10.1999
Şəhid olub: 09.11.2020
Rütbə: MAHHXHQ əsgər
Təltifləri:

 

İbrahimov İbrahim Abdulla oğlu 10 oktyabr 1999-cu ildə Bakı şəhərində dünyaya göz açmışdı. 2018-ci ildə Şəhid R. İmanov adına 205 saylı orta məktəbdə orta təhsil başa vurduqdan sonra Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Kollecinin "Nəqliyat Daşımalarının Təşkili"  ixtisasında natamam ali təhsili almışdı.

2019-cu il yanvar ayının 3-ü həqiqi hərbi xidmətə çağırıldı. İbrahim öz təhsilini dondurub hərbiyə getdi. O, Füzulidə xidmət edirdi, minaaxtaran idi. 2020-ci ilin iyun ayında xidməti bitirdi. Müddətdən artıq hərbi xidmətdə qalaraq pulemyotçu əsgər olaraq işə başladı. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərmişdi. Noyabrın 9-da Şuşa şəhəri yaxınlığında snayper gülləsinə tuş gələrək ən uca Zirvə - Şəhidlik zivəsinə ucaldı. Noyabrın 12-də Bakı şəhərində Binqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  Sərəncamı ilə  "Vətən uğrunda""Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

memorial.az/az/qehremanlarimiz/2615

Keçidlər