Şriftin ölçüsü :

Saytın rəngi :

Cabbarov Orxan Rövşən

Soyad: Cabbarov
Ad: Orxan
Ata adı: Rövşən
Doğum tarixi: 20.11.1995
Rütbə: Kiçik gizir
Təltifləri:

Orxan Cabbarov 1995-ci il oktyabrın 16-da Tovuz rayonunda anadan olub. 2002-2008-ci illərdə Rusiya Federasiyasının Vladivostok şəhərində 34 saylı tam orta məktəbdə, 2008-2013-cü illərdə 179 saylı Binəqədi rayon tam orta məktəbində təhsil alıb. Sərbəst güləş və karate ilə məşğul olub. Ailəli idi. Ayxan adlı bir oğlu yadigar qaldı.

Orxan Cabbarov 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Xidməti zamanı Xüsusi Təyinatlı Qüvvələrin 6 aylıq kursuna yazılıb, kursu bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməyə qərar verib. 2015-ci ildən Vətən müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad və Xızı rayonlarında yerləşən “N” saylı hərbi hissələrində xidmət edib. Orxan Cabbarov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlər zamanı Talış istiqamətində döyüşlərdə iştirak edib.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Orxan Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlananVətənmüharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Müharibə zamanı o, Ermənistan Silahlı Qüvvələrinin zabitini əlbəyaxa döyüş zamanı öldürüb. Orxan Cabbarov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Bozalqanlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Orxan Cabbarova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyaya Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Orxan Rövşən oğlu Cabbarovun adı verilib.

Binəqədi rayonu Biləcəri qəsəbəsində şəhidimizin adına küçə verilmişdir.

memorial.az/az/qehremanlarimiz/635

Keçidlər