Şriftin ölçüsü :

Saytın rəngi :

Bayramov Elvin İslam oğlu

Soyad: Bayramov
Ad: Elvin
Ata adı: İslam
Doğum tarixi: 08.07.1999
Şəhid olub: 26.10.2020
Rütbə: Əsgər
Təltifləri:

 

Bayramov Elvin İslam oğlu 1999-cu il iyulun 8-də Bakı şəhərində anadan olub. İki bacının yeganə qardaşı olan E.Bayramov 2005-ci ildə 298 saylı məktəbdə birinci sinfə başlayır. 2016-ci ildə məktəbi bitirərək Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Almaniya üzrə regionşünaslıq ixtisasına daxil olub. O, 2020-ci ildə ali təhsilini bitirib həqiqi hərbi xidmətə yola düşüb.

2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Füzuli istiqamətində igidlik və fədakarlıq göstərən E.Bayramov oktyabrın 26-da qəhrəmancasına döyüşərək, şəhid olub.

Müharibənin şiddətli vaxtında Elvin Bayramov ailəsilə telefonla danışan zaman sona qədər vuruşacağını bildirib. "Mən kişiyəm, sonacan vuruşacağam, ölmək varsa, mən də ölərəm", - sonuncu dəfə danışarkən ailəsinə bu sözləri deyib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Dövlətli İsgəndər ölümündən sonra "Vətən Uğrunda", “Cəsur döyüşçü”"Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/2342

Keçidlər