Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədov Anar Kərəm oğlu

Soyad: Məmmədov
Ad: Anar
Ata adı: Kərəm
Doğum tarixi: 06.06.1984
Şəhid olub: 3.11.2020
Rütbə: Kapitan
Təltifləri:

Anar Kərəm oğlu Məmmədov 06.07.1984-cü il Bakı şəhəri Binəqədi rayonunda anadan olub. Binəqədi rayonu 115 saylı tam orta məktəbin məzunu olmuş, elə həmin il Tibb Universitetinin ‘Pediatriya’ fakültəsinə daxil olmuşdu. 2006-cı ildə öz istəyi ilə ixtisasını hərbi tibb kafedrasına yönləndirmişdi. 2008-ci ildə Şəmkir rayonunda ‘Leytenant’ rütbəsi ilə ixtisasını davam etdirmişdi. 2009-cu ildən 2013-cü ilədək Füzuli rayonunda “N” saylı hərbi hissədə xidmət etmiş, daha sonra Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissədə, ordan da sülhməramlılarla birgə 6 ay Əfqanıstanda xidmət etmişdi. Oradan döndükdən sonra Ağcabədi, Beyləqan, Qusar rayonlarında yerləşən müxtəlif hərbi hissələrdə xidmət etmiş, 2018-ci ilin dekabr ayında Bakıda tibb xidməti kapitanı rütbəsi ilə xidmətini davam etdirmişdi. Azərbaycan Ordusunun tibb xidməti kapitanı olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbiçiləri döyüş meydanından çıxarıb. Anar Kərəm oğlu Məmmədov 02.11.2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlər zamanı Şəhidlik zirvəsinə ucalmışdır. 2020-cı il noyabr ayının 4-də II Fəxri Xiyabanda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid kapitan Anar Kərəm oğlu Məmmədov “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

memorial.az/az/qehremanlarimiz/1304

Keçidlər