Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlətli İsgəndər Vüqar oğlu

Soyad: Dövlətli
Ad: İsgəndər
Ata adı: Vüqar
Doğum tarixi: 24.09.1992
Şəhid olub: 09.10.2020
Rütbə: Gizir
Təltifləri:

 

Dövlətli İsgəndər Vüqar oğlu 1992-ci ildə dağlar diyarı Lerik rayonunun Soru kəndində anadan olmuşdu. Uşaqlıq illəri qartallı qayalar qoynunda keçsə də, 1997-ci ildə ailə Bakı şəhərinə köçür. İsfəndiyar orta məktəbi başa vurub Rabitə və Nəqliyyat Kollecinə daxil olur. Kolleci bitirdikdən sonra o, Lerik rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Daxili Qoşunların Quba şəhərinin "N" saylı hərbi hissəsində müqəddəs əsgəri borcunu layiqincə yerinə yetirib evinə qayıdır. Qaldı ki, Qarabağın düşmən tərəfindən zəbtini heç cür qeyrətinə sığışdıra bilmir. Vətən torpağını qorumaq, vaxtı gələndə mübarizliklə dığalara qalib gəlmək məqsədilə 2016-cı ildə hərbiyə qayıdır və kəşfiyyatçı gizir rütbəsində xidmətini davam etdirir. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində fəal iştirak edərək vətəninə, el-obasına sevgisini bir daha göstərir. Kəşfiyyatçı gizir oktyabrın 9-da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhidlik məqamına yüksəlir. Beləcə, bir igid də adını Vətən tarixinin şanlı səhifəsinə yazır. Şəhid oktyabrın 30-da yaşadığı Binəqədi rayonu Sulutəpə qəsəbəsində canından çox sevdiyi Vətən torpağına tapşırılır.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Dövlətli İsgəndər ölümündən sonra "Vətən Uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə""Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/1321

Keçidlər