Şriftin ölçüsü :

Saytın rəngi :

Əmirli Əmirşah Səttar oğlu

Soyad: Əmirli
Ad: Əmirşah
Ata adı: Səttar
Doğum tarixi: 08.03.2002
Şəhid olub: 27.10.2020
Rütbə: əsgər
Təltifləri:

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.

Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Şəhidlik zirvəsinə hər insan yüksələ bilməz. Bu zirvəyə yol ancaq Vətəni, Torpağı, Milləti canından artıq sevməkdən keçir. Bu bir Ulu Yoldur. Onlar məhz bu cür seçilmişlər idi və adlarını Vətənimizin, dövlətimizin tarixinə qızıl hərflərlə yazmaq kimi bir şərəfə nail oldular.

Əmirli Əmirşah Səttar oğlu 8 mart 2002-ci ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olmuşdur. 2008-ci ildə 306 saylı tam orta məktəbin 1-ci sinifə daxil olmuş, 7-ci sinifdən sonra təhsili dini kollecdə davam etmişdir.

Əmirli Əmirşah 2020-ci ilin aprel ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə yollanmışdır. 28 oktyabr 2020-ci ildə Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına ən uca zirvə -Şəhidlik zirvəsinə ucalmışdır.

Əmirşah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”"Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/2740

Keçidlər