Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbiyev Telman Yadigar oğlu

Soyad: Kəlbiyev T
Ad: Telman
Ata adı: Yadigar
Doğum tarixi: 24.03.1988
Rütbə: Gizir Təltifləri:

44 günlük Vətən müharibəsinin unudulmaz qəhrəmanlarından biri də 32 yaşlı Kəlbiyev Telman Yadigar oğludur.

Qəhrəman gizirimiz Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub.

Ailədə səkkiz uşaq olublar. Yeddi bacının qəhrəman qardaşı olan Telman ömrünü vətəninə həsr edən hərbçilərdən olub.

Şəmkirdə "N" saylı hərbi hissəfə gizir olan Telman Kəlbiyev müharibənin ilk günlərindən ön cəbhədə olub. Gizirimiz general-mayor Polad Həşimovun seçdiyi cəsur hərbçilərdən biri olub.

Telman peşəkar hərbçi, qayğıkeş ailə başçısı olub: “Müharibə başlayanda Şəmkirdən gedən hərbçilərdən olub. İlk olaraq Murovdağ yüksəkliyinin azad olunması istiqamətində gedən döyüşdə iştirak edib. Yüksəkliyi qısa zamanda düşməndən azad edib, ayın 30-u Kəlbəcər istiqamətinə gediblər. Telman 71 nəfərlik heyəti olan dəstəsi ilə döyüş tapşırıqlarını yerinə yetirmək üçün irəli gedib”. Döyüşdə ilk yarasını orada alıb. Döyüş yoldaşları dedi ki, sağ ayağından qəlpə yarası alıb. Ona deyilib ki, belə getmə, qayıt. Amma Telman onların təkidinə baxmayaraq, döyüşə davam edib. Oktyabrın ikisi onların mövqeləri düşmən tərəfindən atəşə tutulub. Minaatan mərmisi hərbçilərin yaxınlığına düşüb və Telman ayaqlarından ağır yaralanıb. Elə döyüş meydanında digər silah yoldaşları ilə birlikdə şəhid olub”.

Telman Kəlbiyev Neftçalada Şəhidlər Xiyabanında dəfn olunub”.

Şəhidimizin Vətənə əmanət Elcan və Səid adlı iki oğul övladı qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Telman Kəlbiyev “Vətən uğrunda”, və “Kəlbəcərin azad edilməsinə görə” medalları ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/2535

Keçidlər