Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseynov Rövşən Kazım oğlu

Soyad: Hüseynov
Ad: Rövşən
Ata adı: Kazım
Doğum tarixi: 21.08.1995
Şəhid olub: 23.10.2020
Rütbə: Əsgər
Təltifləri: "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları

Rövşən Kazım oğlu Hüseynov 21 avqust 1995-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı. 2001-ci ildə Bakı şəhəri 115 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olsa da, təhsilini Bakı şəhəri 202 saylı tam orta məktəbdə davam etdirmiş və orada da bitirmişdi.

R.Hüseynov Rusiya Federasiyası Stavropol şəhərində yerləşən "Qafqaz Xalqlarının Dostluğu İnstitutu"nun "İqtisadiyyat" fakültəsində təhsil almışdı. 2017-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yollanmış, ön xətdə düşmənlə üz-üzə, "Murovdağ" istiqamətində qulluq etmişdi. Xidməti dövründə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırılmışdı. 2018-ci ilin oktyabrında həqiqi hərbi xidmətdən tərxis olunmuşdu. 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsinə yollanmış və Füzuli rayonundan başlayan döyüş yolu Xocavənd və Cəbrayıl rayonlarında davam etmişdir. 23 oktyabr 2020-ci ildə Füzuli rayonunun Kürdlər kəndində gedən döyüşlər zamanı aldığı qəlpə yaralarından ən uca Zirvə - Şəhidlik zirvəsinə ucalmışdır. 25 oktyabr 2020-ci ildə Binəqədi qəsəbəsi qəbiristanlığında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən şəhid Hüseynov Rövşən Kazım oğlu ölümündən sonra "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.  Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 28 fevral 2023-cü il tarixli 36 saylı Sərəncamına əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən küçəyə şəhid Rövşən Hüseynovun adı verilmişdir.

memorial.az/az/qehremanlarimiz/1967

Keçidlər