Şriftin ölçüsü :

Saytın rəngi :

Səmədov Nicat Şahin oğlu

Soyad: Səmədov
Ad: Nicat
Ata adı: Şahin
Doğum tarixi: 26.12.1992
Şəhid olub: 22.10.2020
Rütbə: Gizir
Təltifləri:

 

Səmədov Nicat Şahin oğlu 26 dekabr 1992-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Binəqədi rayonu Biləcəri qəsəbəsində 297 nömrəli məktəbin birinci sinfinə daxil olan Nicat sonradan orta təhsilini Bakı şəhəri Yasamal rayonu fizika-riyaziyyat, informatika liseyində davam etdirib.

2009-ildən isə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində öz təhsilini davam etdirərək 2011-ci ildə oranı uğurla başa vurub. Təhsilini bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanan Nicat hərb sənəti ilə yaxından maraqlanmağa başladı.

2011-2013-cü illərdə Dövlət Sərhəd Xidmətində müddətli həqiqi hərbi xidmətdə olan Nicat Səmədovun sərhədçi peşəsinə olan marağı onu 2016-cı ildə yenidən Dövlət Sərhəd Xidməti sıralarına gətirdi. Hər zaman öz davranışı və intizmı ilə seçilən Nicat Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında taqım komandirinin müavini kimi də bir sıra uğurlara imza atıb. Tabeliyində olan şəxsi heyətə daim qayğı göstərən Nicat, eyni zamanda, özünün də peşəkarlığının artırılmasına xüsusi fikir verirdi.

44 günlük Vətən müharibəsi dövründə özünü əsl qəhrəman kimi göstərən Nicat döyüş yoldaşları ilə birlikdə Zəngilan istiqamətində cənub sərhədlərimizin düşmən tapdağından azad olunması uğrunda döyüşlərdə iştirak edib.

22 oktyabr 2020-ci il tarixdə İran İslam Respublikası ilə dövlət sərhədi tam bərpa olunduqdan sonra Zəngilan rayonu ərazsində Ermənistanla sərhəddə yerləşən Sığırd yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə bölükləri ilə birlikdə düşmən pusqusuna düşmüş, yaralanmasına baxmayaraq 2 saat ərzində düşmənlə mətinliklə vuruşub, yoldaşlarının pusqudan çıxmasına şərait yaradıb, mənfur düşmənlə son ana qədər döyüşərək qəhrəmancasına şəhid olub. 29 oktyabr 2020-ci il tarixdə Binəqədi rayonu Sulutəpə qəsəbəsində dəfn edilib.

Gizir Səmədov Nicat Şahin oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə də təltif olunub. 

Binəqədi rayonu, Xocəsən qəsəbəsində şəhidimizin adına küçə verilmişdir.

memorial.az/az/qehremanlarimiz/3015

Keçidlər