Şriftin ölçüsü :

Saytın rəngi :

Ağayev Rəşad Rövşən oğlu

Soyad: Ağayev
Ad: Rəşad
Ata adı: Rövşən
Doğum tarixi: 02.07.2000
Şəhid olub: 16.10.2020
Rütbə: əsgər
Təltifləri:

 

Rəşad Rövşən oğlu Ağayev 02 iyul 2000-ci ildə Bakı şəhəri Binəqədi rayonunda anadan olmuşdur. Uşaqlıq illərində şirin, dəcəl və hamının sevimlisi idi. 2006-ci ildə 283 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. Hərbiyə marağı elə həmin dövrlərdən başlamışdır. Bundan başqa, onun rəsmə, musiqiyə, şahmata və komputer oyunlarına marağı var idi.

2016-cı ildə orta məktəbi bitirmiş, 7 saylı Bakı Peşə Liseyinə, 2018-ci ildə isə “STEP” Akademiyasının “Programist-dizayner” ixtisasına qəbul olmuş, 2019-cu ildə həmin Akademiyanı bitirmişdir. Daha sonra, 04 iyul 2019-cu ildə Mingəçevir şəhərinin “N” saylı hərbi hissəsinin XTQ-nin kəşfiyyat bölməsində hərbi xidmətə yollanmışdır. Rəşad döyüşlərdə hər zaman ön sıralarda getməyi özünə şərəf bilmişdir. Həmişə düşməni əzmək əzmi ilə yaşamış və buna nail olmuşdur. O, 2020-ci il iyul döyüşlərində də iştirak etmişdir. Tapqaraqoyunluda, Talış yüksəkliyində, Təkər postu və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə və Suqovuşana ilk Azərbaycan bayrağının sancılmasında fəal iştirak etmişdir. Gərgin gedən döyüşlərin birində yaralanmasına baxmayaraq, yenidən döyüşlərə qoşulmuş və ön cəbhədə vuruşmuşdur. Sonuncu dəfə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralı əsgər yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olmuş və Şəhidlik Zirvəsinə ucalmışdır.

Rəşad Ağayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və "Cəbrayılın azad olunması görə" medalı ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/2069

Keçidlər