Şriftin ölçüsü :

Saytın rəngi :

Şükürov Anar Mehman oğlu

Soyad: Şükürov
Ad: Anar
Ata adı: Mehman
Doğum tarixi: 20.01.1977
Şəhid olub: 16.10.2020
Rütbə: Mayor
Təltifləri: "Vətən uğrunda""Suqovuşanın azad olunmasına görə" medalı

Anar Mehman oğlu Şükürov 1977-ci il yanvarın 20-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun mayoru olan Anar Şükürov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Anar Şükürov oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Şükürova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Həmçinin, "Vətən uğrunda""Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Anar Mehman oğlu Şükürovun adı verilib.

Binəqədi rayonu 6-cı mikrorayonda şəhidimizin adına küçə verilmişdir.

memorial.az/az/qehremanlarimiz/1097

Keçidlər